Subject · Energy engineering

İstilik daşıyıcılarının istilik-fiziki xassələriSyllabus

MS-05056 creditsAutumn semesterElective

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-0505
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
—
Subject type
Elective
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
a)30 saat mühazirə b)15 saat məşğələ
Out-of-class hours
a)60 saat sərbəst iş b)75 saat məsləhət

Teaching methods

  • lecture
  • seminar
  • interactive discussion
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Ftn1: i̇stilik daşıyıcıların əsas növlərini və onların termofiziki xassələrini təsnif edir və izah edir;

  2. CLO 2: Ftn2: sıxlıq, özlülük, istilik keçiriciliyi, istilik tutumu və termal diffuziya kimi parametrləri hesablayır və müəyyən edir;

  3. CLO 3: Ftn3: temperatur və təzyiqin istilik daşıyıcıların termofiziki xassələrinə təsirini təhlil edir və modelləşdirir;

  4. CLO 4: Ftn4: eksperimental termofiziki məlumatları emal edir, statistik üsullarla qiymətləndirir və ölçmə qeyri-müəyyənliyini müəyyənləşdirir;

  5. CLO 5: Ftn5: müxtəlif istilik daşıyıcıları istilik ötürülməsi, enerji səmərəliliyi və tətbiq imkanları baxımından müqayisə edir və texniki nəticələr formalaşdırır;

  6. CLO 6: Ftn6: nanomayelər, ərimiş duzlar və dərin evtektik həlledicilər kimi yeni nəsil istilik daşıyıcıların tətbiq imkanlarını qiymətləndirir;

  7. CLO 7: Ftn7: termofiziki xassələrin eksperimental tədqiqi üçün uyğun ölçmə metodunu və cihazı seçir və tətbiq edir.

Topic plan

  1. 1.
    İstilik daşıyıcılar haqqında ümumi anlayış və təsnifatLecture

    İstilik daşıyıcıların təyinatı, agreqat halına, mənşəyinə və tətbiq sahəsinə görə təsnifatı, energetik sistemlərdə istifadə olunan əsas istilik daşıyıcı növləri və onlara verilən tələblər nəzərdən keçirilir.

  2. 2.
    İstilik daşıyıcıların əsas termofiziki xassələriLecture

    Termofiziki xassələrin (sıxlıq, özlülük, istilik keçiriciliyi, istilik tutumu və s.) fiziki mahiyyəti, ölçü vahidləri və istilik ötürülməsi proseslərindəki rolu öyrənilir.

  3. 3.
    Sıxlıq və xüsusi həcmLecture

    Maye və qazların sıxlığı və xüsusi həcmi, onların temperatur və təzyiqdən asılılığı, vəziyyət tənlikləri və hesablama üsulları araşdırılır.

  4. 4.
    İstilik genişlənməsi və sıxılma qabiliyyətiLecture

    Həcmi istilik genişlənmə əmsalı, izotermik sıxılma əmsalı, səs sürəti və bu xassələrin istilik daşıyıcının iş rejimlərindəki rolu öyrənilir.

  5. 5.
    Özlülük və reoloji xassələrLecture

    Dinamik və kinematik özlülük, nyuton və qeyri-nyuton mayeləri, özlülüyün temperatur və təzyiqdən asılılığı və hidravlik itkilərə təsiri nəzərdən keçirilir.

  6. 6.
    İstilik keçiriciliyiLecture

    Furye qanunu, qazların və mayelərin istilik keçiriciliyi, istilik keçiriciliyinin temperatur, təzyiq və tərkibdən asılılığı, hesablama üsulları araşdırılır.

  7. 7.
    İstilik tutumu və entalpiyaLecture

    İzobar və izoxor istilik tutumu, xüsusi və molyar istilik tutumu, entalpiya və onun temperaturdan asılılığı, faza keçidlərində entalpiyanın dəyişməsi öyrənilir.

  8. 8.
    Termal diffuziya və istilik ötürülməsiLecture

    Temperaturkeçirmə (termal diffuziya) əmsalı, prandtl ədədi, qeyri-stasionar istilik keçiriciliyi və bu parametrlərin istilik ötürülməsində rolu nəzərdən keçirilir.

  9. 9.
    Buxar təzyiqi və faza keçidləriLecture

    Doymuş buxar təzyiqi, klapeyron–klauzius tənliyi, buxarlanma istiliyi, qaynama və kondensasiya prosesləri araşdırılır.

  10. 10.
    Temperatur və təzyiqin termofiziki xassələrə təsiriLecture

    Temperatur və təzyiq dəyişdikdə istilik daşıyıcıların xassələrinin dəyişmə qanunauyğunluqları, empirik və yarımempirik korrelyasiyalar, modelləşdirmə üsulları öyrənilir.

  11. 11.
    Qarışıqların termofiziki xassələriLecture

    Maye və qaz qarışıqlarının sıxlığı, özlülüyü, istilik keçiriciliyi və istilik tutumunun tərkibdən asılı olaraq hesablanma qaydaları və qarışdırma qanunları öyrənilir.

  12. 12.
    Eksperimental ölçmə üsulları və cihazlarLecture

    Sıxlıq, özlülük, istilik keçiriciliyi və istilik tutumunun ölçülməsi üsulları (stasionar və qeyri-stasionar metodlar, viskozimetr, kalorimetr və s.), cihazların iş prinsipi və dəqiqlik tələbləri nəzərdən keçirilir.

  13. 13.
    Eksperimental məlumatların statistik emalı və qeyri-müəyyənlikLecture

    Ölçmə xətaları, orta qiymət, standart sapma, reqressiya təhlili, etibarlılıq intervalı və ölçmə qeyri-müəyyənliyinin qiymətləndirilməsi üsulları öyrənilir.

  14. 14.
    Alternativ istilik daşıyıcılar: nanomayelər, duz ərintiləri və DESLecture

    Nanomayelərin, ərimiş duzların və dərin evtektik həlledicilərin (des) termofiziki xassələri, alınma üsulları, üstünlükləri və məhdudiyyətləri araşdırılır.

  15. 15.
    İstilik daşıyıcıların energetik sistemlərdə tətbiqi və perspektivləriLecture

    İstilik elektrik stansiyalarında, günəş istilik qurğularında, istilik saxlama sistemlərində və istilik dəyişdiricilərində istilik daşıyıcıların seçilmə meyarları, enerji səmərəliliyi və inkişaf perspektivləri nəzərdən keçirilir.

  16. 16.
    Sıxlıq, xüsusi həcm və istilik genişlənməsinin hesablanmasıSeminar

    Müxtəlif istilik daşıyıcılar üçün sıxlıq, xüsusi həcm və istilik genişlənmə əmsalının temperatur və təzyiqdən asılı olaraq hesablanması üzrə məsələlər həll edilir.

  17. 17.
    Özlülük və istilik keçiriciliyinin hesablanmasıSeminar

    Dinamik və kinematik özlülüyün, istilik keçiriciliyi əmsalının empirik korrelyasiyalar və məlumat cədvəlləri əsasında təyin edilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirilir.

  18. 18.
    İstilik tutumu, entalpiya və termal diffuziyanın hesablanmasıSeminar

    İstilik tutumu, entalpiya, temperaturkeçirmə əmsalı və prandtl ədədinin hesablanması, buxar təzyiqi və faza keçidləri ilə bağlı məsələlər həll edilir.

  19. 19.
    Temperatur və təzyiqin təsirinin və qarışıqların xassələrinin modelləşdirilməsiSeminar

    Termofiziki xassələrin temperatur və təzyiqdən asılılığı verilənlər bazaları (nist və s.) və hesablama proqramları vasitəsilə modelləşdirilir; qarışıqların xassələri tərkibə görə hesablanır.

  20. 20.
    Eksperimental məlumatların emalı və qeyri-müəyyənliyin qiymətləndirilməsiSeminar

    Termofiziki ölçmələrin nəticələri statistik üsullarla emal edilir, orta qiymət, standart sapma və ölçmə qeyri-müəyyənliyi müəyyən edilir, nəticələr ədəbiyyat məlumatları ilə müqayisə olunur.

  21. 21.
    Dərin evtektik həlledicinin (des) istilik-fiziki xassələrinin temperaturdan asılılığının tədqiqiSeminar

    Tələbə müstəqil araşdırma əsasında des-in sıxlıq, özlülük, istilik keçiriciliyi və istilik tutumunun temperaturdan asılılığını tədqiq edir, PPT təqdimatı və qısa analitik hesabat hazırlayır.

Reading list

  1. . incropera f. p., dewitt d. p. fundamentals of heat and mass transfer.
  2. 2. poling b. e., prausnitz j. m., o’connell j. p. the properties of gases and liquids.
  3. 3. vargaftik n. b. tables on the thermophysical properties of liquids and gases.
  4. 4. lemmon e. w., mclinden m. o., friend d. g. NIST thermophysical properties of fluid systems.
  5. 5. bird r. b., stewart w. e., lightfoot e. n. transport phenomena.
  6. 6. çengel y. a., ghajar a. j. heat and mass transfer: fundamentals and applications.
  7. 7. IAPWS beynəlxalq sənədləri və su-buxar sistemlərinin termodinamik xassələri üzrə resurslar.
  8. 8. NIST chemistry webbook – thermophysical properties.

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5