General information
- Subject code
- MS-0503
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- —
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat mühazirə; b) 15 saat məşğələ
- Out-of-class hours
- a)60 saat sərbəst iş; b)75 saat məsləhət
About the subject
-
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Ftn 1: enerji menecmentinin əsas prinsiplərini, ISO 50001 standartlarının tələblərini və yaşıl texnologiyaların mahiyyətini izah edir.
CLO 2: Ftn 2: müəssisədə enerji istehlakını, enerji balansını və enerji performans göstəricilərini (enpi / enb) müasir metodlarla hesablayır və tətbiq edir.
CLO 3: Ftn 3: enerji resurslarının texniki, ətraf mühit və iqtisadi effektivliyini təhlil edir, enerji səmərəliliyi və dekarbonizasiya layihələrini qiymətləndirir.
CLO 4: Ftn 4: enerji auditinin və rəqəmsal monitorinq sistemlərinin (ict/iot/scada) nəticələrini şərh edir və səmərəliliyin artırılması üzrə hesabat/fəaliyyət planı tərtib edir.
CLO 5: Ftn 5: müəssisənin strateji enerji planının və ya yaşıl enerji keçidi layihəsini komanda şəklində hazırlayır və təqdim edir.
Topic plan
- 1.Giriş. energetika və enerji menecmentin əsaslarıLecture
Enerji resurslarının təsnifatı, enerji idarəetməsinin əsas anlayışları və təşkilatlarda enerji səmərəliliyinin rolu əhatə olunur.
- 2.Enerji menecmenti, i̇nteqrasiya edilmiş menecment və davamlı i̇nkişafLecture
Ekoloji, sosial və iqtisadi dayanıqlılıq çərçivəsində enerji menecmentinin digər idarəetmə sistemləri (iso 14001, ISO 9001) ilə inteqrasiyası öyrədilir.
- 3.Energetika sistemlərinin əsaslarıLecture
Müasir enerji sistemlərinin iş prinsipi, infrastruktur komponentləri və şəbəkə idarəetmə mexanizmləri nəzərdən keçirilir.
- 4.Enerjinin fiziki əsaslarıLecture
Enerji saxlanması qanunu, termodinamikanın birinci və ikinci qanunları, istilik və iş mexanizmləri izah edilir.
- 5.Enerji resurslarının catismamazligi və qlobal i̇qlim dəyişikliyiLecture
Fosil yanacaqların azalması, istixana qazı emissiyaları, qlobal istiləşmə və beynəlxalq iqlim sazişləri müzakirə olunur.
- 6.Enerji resurslarının texniki, ekoloji və i̇qtisadi xüsusiyyətləriLecture
Bərpaolunan və ənənəvi mənbələrin müqayisəli təhlili, xərclər, emissiya səviyyələri və effektivlik meyarları təhlil edilir.
- 7.Yaşıl enerji texnologiyaları və i̇nkişaf edən enerji bazarlarıLecture
Bərpaolunan enerji texnologiyalarındakı son yeniliklər, bazar tendensiyaları və investisiya imkanları nəzərdən keçirilir.
- 8.Enerji menecmentində i̇nformasiya və kommunikasiya texnologiyalarıLecture
Enerji monitorinqi, avtomatlaşdırma, rəqəmsal uzaqdan idarəetmə sistemləri və proqram təminatlarının rolu öyrədilir.
- 9.Korperativ menecmenti və ISO 50001Lecture
Korporativ idarəetmə strategiyaları ilə enerji menecmenti sisteminin uyğunlaşdırılması və rəqabət üstünlükləri müzakirə olunur.
- 10.Iso 50001: təşkilatın konteksti və enerji menecment sistemi – maddə 4Lecture
Iso 50001 standartının 4-cü maddəsinə uyğun olaraq təşkilatın kontekstinin müəyyən edilməsi və enms sərhədlərinin təyini izah olunur.
- 11.Iso 50001: liderlik və enerji siyasəti – maddə 5Lecture
Standartın 5-ci maddəsinə əsasən, ali rəhbərliyin məsuliyyəti, enerji siyasətinin hazırlanması və işçilərə çatdırılması işıqlandırılır.
- 12.Iso 50001: enerji planlaşdırması və enerji təhlili – maddə 6Lecture
Maddə 6 çərçivəsində enerji istehlakının təhlili, əsas enerji istifadəçilərinin (seus) müəyyənləşdirilməsi və fəaliyyət planları qurulur.
- 13.Iso 50001: dəstək və resursların i̇darə edilməsi – maddə 7Lecture
Maddə 7 üzrə zəruri resursların təminatı, kadrların təlimatlandırılması, daxili və xarici kommunikasiyanın təşkili nəzərdən keçirilir.
- 14.Iso 50001: əməliyyatlar və enerji səmərəliliyinin i̇darə edilməsi – maddə 8Lecture
Maddə 8-ə əsasən, enerji səmərəliliyinə təsir edən proseslərin idarə olunması, layihələndirmə və enerji səmərəli məhsul/xidmət satınalmaları tənzimlənir.
- 15.Iso 50001: nəticələrin qiymətləndirilməsi və davamlı i̇rəliləyiş – maddələr 9–10Lecture
Maddə 9 və 10 əsasında enerji performansının qiymətləndirilməsi, uyğunsuzluqların aradan qaldırılması və davamlı təkmilləşmə mexanizmləri qurulur.
- 16.Enerji menecmenti, i̇nteqrasiya edilmiş menecment və davamlı i̇nkişafSeminar
Bu məşğələdə iştirakçılar real müəssisə ssenariləri üzərində ISO 50001, ISO 14001 və ISO 9001 idarəetmə sistemlərinin praktiki inteqrasiya xəritəsini tərtib edəcəklər. tələbələr davamlı inkişaf göstəricilərini rəhbər tutaraq mövcud biznes proseslərinə enerji səmərəliliyi addımlarını tətbiq etmək bacarıqlarını sınaqdan keçirəcəklər.
- 17.Energetika sistemlərinin əsaslarıSeminar
Real avadanlıq və şəbəkə modelləri üzərində yük paylanması, enerji itkilərinin müəyyən edilməsi və optimallaşdırılması tapşırıqları icra olunacaqdır.
- 18.Enerji resurslarının texniki, ekoloji və i̇qtisadi xüsusiyyətləriSeminar
İştirakçılar müxtəlif ənənəvi və bərpaolunan enerji mənbələrinin xərc, emissiya və effektivlik göstəricilərini müqayisəli real layiheler üzərində hesablayacaqlar. toplanan verillənlər əsasında konkret sənaye obyekti üçün texniki-iqtisadi və ekoloji qiymətləndirmə hesabatı hazırlanacaqdır.
- 19.Yaşıl enerji texnologiyaları və i̇nkişaf edən enerji bazarlarıSeminar
Məşğələdə yasil enerji qurgularinin layihələndirilməsi, güc hesablamaları və onların mövcud enerji şəbəkəsinə inteqrasiyası ve modelləşdirilmesi yanasmalarini oyrenecekdir i̇ştirakçılar, həmçinin yaşıl enerji sertifikatları və karbon bazarı mexanizmləri üzrə praktik bilikler elde edecekdir
- 20.Enerji menecmentində i̇nformasiya və kommunikasiya texnologiyalarıSeminar
İştirakçılar scada, iot sensorları və rəqəmsal enerji monitorinq sistemlerinin qurulmasi prinsiplerini tetbiq ederek real topologiya qurur ve bundan istifadə edərək real zaman rejimində enerji istehlakı məlumatlarını toplayıb nece analiz edəcəklərini muzakire edirler. təlim zamanı avtomatlaşdırılmış idarəetmə sistemlərində anomaliyaların aşkarlanması və optimal enerji istifadəsi ssenariləri tətbiq olunacaqdır.
- 21.Iso 50001Seminar
Bu məşğələ dərsi ISO 50001 standartının maddə 4–10 çərçivəsində təşkilatın kontekstinin təhlili, rəhbərlik rolunun müəyyənləşdirilməsi və enerji siyasətinin hazırlanması kimi təməl addımların praktiki tətbiqinə yönəlmişdir. i̇ştirakçılar enerji planlaşdırması, baza xəttinin təyini, resursların idarə olunması və gündəlik əməliyyatların səmərəli tənzimlənməsi üzrə real ssenarilər üzərində işləyəcəklər. dərs zamanı monitorinq, ölçmə, daxili audit və davamlı təkmilləşmə mexanizmlərinin qurulması vasitəsilə enerji menecment sisteminin tam dövrəsi praktiki olaraq mənimsəniləcəkdir.
- 22.Enerji effektivliyi dəyərləndirilməsi artırılması üçün texnoloji həllərin hazırlanmasıIndependent work
Qaz mühitində elektron və ionların elektrik sahəsinin təsiri altında hərəkəti, yüklü hissəciklərin yürüklüyü, orta sərbəst yol və diffuziya hadisələri araşdırılır. hissəciklərin hərəkətinin qaz boşalmasının yaranmasına təsiri təhlil edilir.
- 23.Enerji menecment uzre online telimler my energy university coursera udemyIndependent work
Tələbə sərbəst şəkildə özü öyrənmə bacarığının yaradılması. mövzuları mənbədən öyrənərək həm global təcrübə əldə etməsi və eyni zamanda bu sahədə öz kommunikasiya bacarıqlarını artırılması hədəf götürülmüşdür.
Reading list
- 1. capehart, b. l., turner, w. c., & kennedy, w. j. (2020). guide to energy management (9th ed.).
- 2. elkington, j. (1997 / 2013). cannibals with forks: the triple bottom line of 21st century business. capstone / new society publishers.
- 3. the physics of energy. ROBERT l. jaffe. massachusetts institute of technology WASHINGTON taylor. massachusetts institute of technology, 2018
- 4. IPCC (intergovernmental panel on climate change). (2023). sixth assessment report (ar6): climate change 2023 synthesis report.
- 5. bhattacharyya, s. c. — energy economics: concepts, issues, markets and governance, springer.
- 6. sorrell, s. (2015). reducing energy demand: a review of issues, challenges and approaches. renewable and sustainable energy
- 7. boyle, g. (ed.). (2012). renewable energy: power for a sustainable future (3rd ed.). oxford university press.
- 8. ISO standardizing body. (2018). ISO 50001:2018 – energy management systems — requirements with guidance for use.
- 9.my energy university by schneider electric
- 10.coursera -energy managment,strategy managment kursları
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |