Subject · Energy engineering

Prospective thermal power plantsSyllabus

MM-05086 creditsSpring semesterMandatory

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MM-0508
Credits
6
Student workload
180
Semester
Spring semester
Academic year
—
Subject type
Mandatory
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
a) 30 saat mühazirə; b) 15 saat məşğələ
Out-of-class hours
a) 60 saat sərbəst iş b) 75 saat məsləhət

About the subject

-

Teaching methods

  • lecture
  • interactive discussion
  • seminar
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Ftn 1. i̇stilik energetikası və elektroenergetikanın nəzəri əsaslarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: Ftn 2. i̇stilik elektrik stansiyalarında istifadə olunan perspektiv istilik energetik qurğuların parametrlərini və əsas xarakteristikalarını təhlil edə bilir;

  3. CLO 3: Ftn 3. yanacaq-enerji balansı və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: Ftn 4. perspektiv istilik elektrik stansiyaları, o cümlədən bərpa olunan enerji mənbələri kimi günəş və geotermal istilik elektrik stansiyaları, onların iş prinsipləri, istifadə olunan istilik energetik qurğuların prinsipial sxemləri və tsiklləri, enerji çevrilməsi prosesləri arasındakı qarşılıqlı əlaqəni izah edə bilir;

  5. CLO 5: Ftn 5. i̇stilik proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: Ftn 6. i̇stilik energetikası və elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün istilik elektrik stansiyalarında istifadə olunan energetik qurğuların parametrlərinin, i̇stilik proseslərinin modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: Ftn 7. perspektiv istilik elektrik stansiyaları, bərpa olunan enerji mənbələri kimi günəş və geotermal istilik elektrik stansiyalarında istifadə olunan istilik energetik qurğuların işçi proseslərini və tətbiq sahələrini müəyyənləşdirə bilir

  8. CLO 8: Ftn 8. i̇stilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: Ftn 9. rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının i̇stilik energetikası və elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: Ftn 10. yeni texnologiyaların istilik elektrik stansiyalarına inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: Ftn 11. enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: Ftn 12. müasir elmi-texniki tədqiqat metodlarını istilik energetikası və elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir.

Topic plan

  1. 1.
    İstilik elektrik stansiyaları və onların təsnifatıLecture

    Fənnin məqsəd və vəzifələri, fənnin digər fənnlərlə əlaqəsi, i̇es-lərin ətraf mühitə təsiri, yanacaq növləri, i̇es-də su hazırlığı metodları, istilik elektrik mərkəzlərinin iş prinsipi haqqında məlumat verilir.

  2. 2.
    İstilik elektrik stansiyaların sadə sxemləriLecture

    İstilik elektrik stansiyaların prinsipial sxemi və i̇em-in sadə sxemi öyrənilir.

  3. 3.
    İstilik elektrik stansiyaların əsas avadanliqları. buxar qazanlarının təsnifatıLecture

    İstilik elektrik stansiyaların əsas avadanliqları haqqında məlumat verilir, buxar qazanlarının iş prinsipi və sxemləri öyrənilir.

  4. 4.
    Buxar turbinlərinin növləri və iş prinsipiLecture

    Buxar turbinlərinin iş prinsipi haqqında məlumat verilir, buxar turbinin quruluşunun sadə sxemi, birpilləli, üçpilləli və reaktiv turbinlər öyrənilir.

  5. 5.
    Qаz turbinli istilik elektrik stansiyalarda enerji istehsalıLecture

    Qaz turbinləri, onların quruluşu və işinin xüsusiyyətləri haqqında məlumat verilir, qaz turbin qurğularının prinsipal sxem və tsiklləri öyrənilir.

  6. 6.
    Buxar-qаz turbinli istilik elektrik stansiyalarda enerji istehsalı

    Buxar-qаz turbinli istilik elektrik stansiyalarda enerji istehsalı üçün istifadə olunan energetik qurğular öyrənilir.

  7. 7.
    Atom elektrik stansiyalarında elektrik enerjisi istehsalıLecture

    Təbii nüvə yanacaqları haqqında məlumat verilir, istilikdaşıyıcısı su olan aes-lərin iş pirinsipi, aes-lərin üstün cəhətləri və problemləri öyrənilir.

  8. 8.
    Günəş fotovoltaik qurğularıLecture

    Günəş enerjisindən elektrik alınması yolları haqqında ətraflı məlumat verilir, günəş fotovoltaik, günəş istilik elektrik stansiyalarının quruluşu öyrənilir.

  9. 9.
    Sənaye miqyaslı və özəl ges-lərLecture

    Kombinəolunmuş günəş havaqızdırıcı kollektoru-istilik akkumulyatorunun iş prinsipi, sxematik təsvirləri izah olunur, sənaye miqyaslı və özəl ges-lərin sxemləri, iş prosesləri, parametrləri haqqında məlumat verilir.

  10. 10.
    Ev üçün ehtiyat və hibrid GESLecture

    Ev üçün ehtiyat və hibrid ges-lərin tərkibinə daxil olan avadanlıqlar, onların konstruksiyası, iş prosesi haqqında məlumat verilir.

  11. 11.
    Üzən ges-lər: üstünlükləri və inkişaf perspektivləriLecture

    Üzən ges-lərin üstünlükləri və inkişaf perspektivləri, onların tərkibinə daxil olan avadanlıqlar, iş prosesi haqqında məlumat verilir.

  12. 12.
    Günəş qurğuları üçün selektiv səthlər və günəş stirlinq mühərriki. günəş nohuru və soyuqluğun alınmasıLecture

    Günəş qurğuları üçün selektiv səthlərin seçilməsinin izahı verilir, günəş stirlinq mühərrikinin quruluşu, günəş nohuru haqqında məlumat verilir, soyuqluğun alınması yolları göstərilr, avadanlıqların tətbiq sahələri öyrənilir.

  13. 13.
    Geotermal elektrik stansiyaları, quruluşu və iş prinsipiLecture

    Quru buxarla və buxar¬-su term¬lərlə işləyən geotermal elektrostansiyalar, elektrik enerjisinin binar tsikli is¬teh¬salı ilə geotermal elektrostansiya, onların quruluşu və iş prinsipi haqqında məlumat verilir

  14. 14.
    Buxar-turbinli geotermal enerji qurğularıLecture

    İstilikdaşıyıcının birpilləli genişlənməsi olan geotermal buxar-turbin generatorunun prinsipial istilik sxemi öyrənilir.

  15. 15.
    Turbokompressorlu geotermal enerji qurğularıLecture

    Turbokompressorlu geotermal enerji qurğularının üstünlükləri və çatışmazlıqları göstərilir, qapalı və açıq tsiklli geotermal turbokompressor qurğularının prinsipial istilik sxemləri öyrənilir.

  16. 16.
    İstilik elektrik stansiyaların sxemlərinin öyrənilməsiSeminar

    İstilik elektrik stansiyaların prinsipial sxemləri və istilik elektrik mərkəzinin sadə sxemi öyrənilir.

  17. 17.
    Qаz turbin qurğuların hesabatıSeminar

    Qaz turbin qurğularının prinsipal sxemləri, tsiklləri öyrənilir, onların əsas parametrləri hesablanır.

  18. 18.
    Buxar-qаz turbin qurğuların hesabatıSeminar

    Buxar-qаz turbin qurğularının prinsipal sxemləri, tsiklləri öyrənilir, onların əsas parametrləri hesablanır.

  19. 19.
    Günəş fotovoltaik qurğuların hesabıSeminar

    Günəş fotovoltaik qurğuların quruluşu öyrənilir, günəş enerjisinin fotoelektrik generatorların vasitəsilə elektrik enerjisinə çevrilməsində fotonun enerjisi hesablanır.

  20. 20.
    Günəş elektrik stansiyalarının sxemlərinin öyrənilməsiSeminar

    Kombinəolunmuş günəş havaqızdırıcı kollektoru-istilik akkumulyatorunun iş prinsipi, sxematik təsvirləri izah olunur, sənaye miqyaslı və özəl ges-lərin sxemləri, iş prosesləri, parametrləri öyrənilir.

  21. 21.
    Üzən ges-lər və günəş konsentratorun sxemlərinin öyrənilməsiSeminar

    Üzən ges-lərin və günəş konsentratorun sxemləri, onların tərkibinə daxil olan avadanlıqlar, iş prosesi öyrənilir.

  22. 22.
    Geotermal elektrik stansiyasının istilik hesabatıSeminar

    Buxar elektrik stansiyasının əsas texnoloji sxemi öyrənilir, geotermal elektrik stansiyasının istilik hesabatı, eləcə də geotermal istilik təchizatı sistemləri üçün kompleks hesabat verilir.

  23. 23.
    Qаz turbinli istilik elektrik stansiyalarıIndependent work

    Qaz turbinləri, onların quruluşu və işinin xüsusiyyətləri haqqında məlumat verilir, qaz turbin qurğularının prinsipal sxem və tsiklləri araşdırılır.

  24. 24.
    Buxar-qаz turbinli istilik elektrik stansiyalarıIndependent work

    Buxar-qаz turbinli istilik elektrik stansiyalarda enerji istehsalı üçün istifadə olunan energetik qurğular öyrənilir.

  25. 25.
    Sənaye miqyaslı günəş elektrik stansiyalarıIndependent work

    Kombinəolunmuş günəş havaqızdırıcı kollektoru-istilik akkumulyatorunun iş prinsipi, sxematik təsvirləri izah olunur, sənaye miqyaslı günəş elektrik stansiyaların sxemləri, iş prosesləri, parametrləri haqqında məlumat verilir.

  26. 26.
    Hibrid günəş elektrik stansiyalarıIndependent work

    Hibrid ges-lərin tərkibinə daxil olan avadanlıqlar, onların konstruksiyası, iş prosesi haqqında məlumat verilir.

  27. 27.
    Geotermal istilik elektrik stansiyalarıIndependent work

    Quru buxarla və buxar¬-su term¬lərlə işləyən geotermal elektrostansiyalar, elektrik enerjisinin binar tsikli is¬teh¬salı ilə geotermal elektrostansiya, onların quruluşu və iş prinsipi haqqında məlumat verilir.

Reading list

  1. 1. k.m. abdullayev, y.i̇.lətifov, g.k. abdullayeva. enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit. enerji ehtiyatları, elektrik enerjisi istehsalı 1-ci cild. bakı, zaman-3, 2005, 448 s.
  2. 2. k.m. abdullayev. qazan qurğuları, i cild. bakı: zaman-3, 2010, 463 s
  3. 3. cəlilov m.f. alternativ regenerativ enerji sistemləri. bakı,2009. 405s.
  4. 4. f.f.məmmədov. azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları. dərs vəsaiti. “proqres” nəşriyyatı, bakı. 2011, 204 səh.
  5. 5. k.m. abdullayev, r.k.məmmədov ,y.i̇. lətifov enerji ehtiyatları, elektrik enerjisi istehsalı və ətraf mühit. energetika və ətraf mühit. 2-ci cild. bakı, zaman-3, 2007, 408 s.
  6. 6. k.m. abdullayev. qazan qurğuları, II cild. bakı: zaman-3, 2010, 355 s.
  7. 7. bəşirov m.m.,talıbov m.a., məmmədova e.a., səfərov c.t. azərbaycan respublikasının ağcəbədi, masallı və şabran rayonlarının termal və mineral sularının istilik-fiziki xasələri və tətqiqat metodları. monoqrafiya, bakı-“avropa”nəşriyyatı,2019.-224 səh

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5