Subject · Electrical and electronics engineering.

Ağıllı enerji sistemlərinin istismarı üçün xüsusi proqram komplekslərinin tətbiqi

MS-03156 creditsAutumn semesterElective2026-2027

About the subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

Fənn ağıllı enerji sistemlərinin strukturunu və rəqəmsal transformasiyasını, enerji sisteminin rəqəmsal modelinin (rəqəmsal əkizinin) qurulmasını, scada/ems, pmu/wams və GIS sistemlərinin iş prinsiplərini öyrədir. digsilent powerfactory, ETAP və PLEXOS proqram kompleksləri ilə yük axını, qısaqapanma, n-1 təhlükəsizlik, dinamik və keçid proseslərinin analizi, bərpa olunan enerji mənbələrinin və bess-in inteqrasiyasının modelləşdirilməsi, tezlik və inersiyanın tənzimlənməsi üzrə praktiki bacarıqlar formalaşdırılır.

Course learning outcomes

  1. CLO 1: Ağıllı enerji sistemlərinin strukturunu, onun əsas komponentlərini və şəbəkənin rəqəmsal transformasiyası prinsiplərini izah etməyi bacarır.

  2. CLO 2: Enerji sisteminin rəqəmsal modelini (rəqəmsal əkizini) qurmağı, onun şəbəkə parametrlərini xüsusi proqram təminatlarında əks etdirməyi və müxtəlif iş rejimlərini simulyasiya etməyi mənimsəyir.

  3. CLO 3: Scada və EMS proqram komplekslərinin iş prinsiplərini mənimsəyərək, real vaxt rejimində enerji sisteminin monitorinqini, məsafədən idarə olunmasını və operativ rejim təhlillərini həyata keçirməyi öyrənir.

  4. CLO 4: Pmu (phasor measurement unit) və sinxrofazor texnologiyasının iş prinsiplərini anlayaraq, WAMS (wide area measurement system) vasitəsilə genişmiqyaslı enerji sistemlərində real vaxt rejimində dinamik proseslərin monitorinqini və təhlilini aparmağı bacarır.

  5. CLO 5: Coğrafi i̇nformasiya sistemlərinin (gis) iş prinsiplərini tətbiq edərək, elektrik şəbəkəsinin məkan modelini (coğrafi topologiyasını) qurmağı və aktivlərin xəritə üzərində vizuallaşdırılması ilə idarə olunmasını həyata keçirməyi bacarır.

  6. CLO 6: Digsilent powerfactory, ETAP və PLEXOS proqram komplekslərindən istifadə edərək enerji sistemlərinin stasionar və dinamik rejimlərinin hesablanmasını, qısaqapanma təhlillərini və uzunmüddətli sistem optimallaşdırılmasını həyata keçirməyi mənimsəyir.