Subject · Electrical and electronics engineering.
Rəqəmsal yarımstansiyalar
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn klassik yarımstansiyalardan rəqəmsal yarımstansiyalara keçidin elmi-texniki əsaslarını əhatə edir: səviyyəli arxitektura, merging unit və siqnalların diskretləşdirilməsi, proses şini və fiber-optik rabitə, IEC 61850 standartı, GOOSE və SMV paketləri, ied-lər, IEEE 1588/ptp zaman sinxronizasiyası, ethernet kommutatorları və vlan, prp/hsr rezervasiyası, SCADA və mms, IEC 62351 kibertəhlükəsizliyi, SCL konfiqurasiya dili, enerji keyfiyyəti monitorinqi, sınaq və istismara vermə metodları.
Course learning outcomes
CLO 1: Rəqəmsal yarımstansiyanın arxitekturasını (proses, bay və stansiya səviyyələri) və IEC 61850 standartının obyektyönümlü məlumat modelini izah edir.
CLO 2: Merging unit-də siqnalların diskretləşdirilməsini, SMV və GOOSE paketlərinin strukturunu və ötürülmə rejimlərini təhlil edir; paketləri bayt səviyyəsində oxuyur.
CLO 3: Proses şini və stansiya şəbəkəsini (fiber-optik xətlər, ethernet kommutatorları, vlan, PTP sinxronizasiyası, prp/hsr rezervasiyası) layihələndirir.
CLO 4: Ied, scada/mms və SCL konfiqurasiya fayllarını (scd, cid) tətbiq edir; IEC 62351 əsasında kibertəhlükəsizlik tədbirlərini qiymətləndirir.
CLO 5: Simulyasiya və test alətləri ilə rəqəmsal yarımstansiya funksiyalarını sınaqdan keçirir, enerji keyfiyyəti məlumatlarını təhlil edir və nəticələri təqdimat şəklində müdafiə edir.






