Subject · Electrical and electronics engineering.

Mikroprosessorlu rele mühafizəsi və avtomatika

MS-03076 creditsAutumn semesterElective2026-2027

About the subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

Fənn elektrik təchizatı şəbəkə və sistemlərində istifadə olunan rele mühafizəsinin qurulma prinsiplərini, mühafizəyə qoyulan tələbləri, ölçü transformatorlarını və mühafizə üsullarını, mikroprosessorlu rele mühafizəsi qurğularının ümumiləşdirilmiş strukturunu, rəqəmli qurğuların interfeyslərini və analoq-rəqəm çevrilməsini öyrədir. avtomatik təkrar qoşulma (atq), rezervin avtomatik qoşulması (raq), tezliyin, reaktiv gücün və transformator gərginliyinin avtomatik tənzimlənməsi sxemləri nəzərdən keçirilir.

Course learning outcomes

  1. CLO 1: Elektrik şəbəkə və sistemlərinin mikroprosessorlu rele mühafizəsi barədə ümumi məlumatları mənimsəməlidir.

  2. CLO 2: Rele mühafizəsinin rəqəmli qurğularının aparat hissəsinin əsas elementlərini bilməlidir.

  3. CLO 3: Ölçmə transformatorlarının növləri və birləşmə sxemlərini bilməlidir.

  4. CLO 4: Mikroprosessorlu rele mühafizə sistemlərinin qurulması məsələlərini bilməlidir.

  5. CLO 5: Güc transformatorlarında tətbiq olunan mühafizə növlərini bilməlidir.

  6. CLO 6: Əks-qəza avtomatikası məsələlərini ayırd edə bilməlidir.