Master's programme
Ekologiya mühəndisliyiCompetencies
Programme competencies
The professional and specialty competencies a graduate acquires.
Professional competencies· 7
COMPETENCY-84592
- ekoloji düşüncə tərzi və etik məsuliyyət: təbii mühitin qorunmasına yönəlmiş düşüncə tərzini formalaşdırmaq, ekoloji və sosial məsuliyyəti nəzərə alaraq qərar qəbul etmək bacarığı.
COMPETENCY-38058
Davamlı inkişaf prinsiplərini mənimsəmə: i̇qlim dəyişikliyi, resursların tükənməsi və ekoloji təhlükələr kontekstində davamlılığa yönəlik qərarlar vermə bacarığı.
COMPETENCY-36063
Sistemli və tənqidi düşünmə bacarığı: çoxfaktorlu ekoloji və texnoloji prosesləri analiz etmək və qiymətləndirmək, mürəkkəb ekoloji problemlərə yaradıcı yanaşma sərgiləmək.
COMPETENCY-56729
Komanda işi və multidissiplinar əməkdaşlıq bacarığı: müxtəlif sahələr üzrə mütəxəssislərlə effektiv əməkdaşlıq qurmaq, birgə layihələrdə ətraf mühitin qorunmasına yönəlik ümumi məqsədləri paylaşmaq.
COMPETENCY-71872
Şifahi və yazılı ünsiyyət bacarıqları (ictimaiyyətlə və qərarvericilərlə): ekoloji risklər və həll yolları barədə fikirlərini aydın və əsaslandırılmış şəkildə çatdırmaq, texniki və qeyri-texniki auditoriyalar üçün məlumatları uyğun formada təqdim etmək.
COMPETENCY-11461
Rəqəmsal savadlılıq və informasiya ilə işləmək bacarığı: ekoloji məlumatları toplamaq, təhlil etmək və rəqəmsal vasitələrlə vizuallaşdırmaq, elektron resurslardan effektiv istifadə edərək yeni biliklər əldə etmək.
COMPETENCY-55223
- qlobal və yerli problemlərə qarşı həssaslıq: i̇qlim dəyişikliyi, su və ərzaq təhlükəsizliyi kimi qlobal çağırışların yerli təsirlərini başa düşmək, regional ekoloji problemlərin qlobal yanaşmalarla necə həll edilə biləcəyini analiz etmək.
Specialty competencies· 10
COMPETENCY-57775
Peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll etmək bacarığı
COMPETENCY-67815
Müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək bacarığı;
COMPETENCY-97821
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək bacarığı
COMPETENCY-83679
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə etmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək.
COMPETENCY-10489
Faliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək bacarığı;
COMPETENCY-17094
Davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə etmək bacarıqları.
COMPETENCY-66717
İstənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq bacarığı;
COMPETENCY-14286
Müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürmək bacarığı;
COMPETENCY-95046
Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək bacarıqları;
COMPETENCY-12379
Öyrənmə və inkişaf yönümlülük (lifelong learning): davamlı dəyişən ekoloji və texnoloji şəraitə uyğun öz bilik və bacarıqlarını yeniləməyə hazır olmaq.