Subject · Instrumentation engineering (master)
Standartlaşma ,texniki tənzimləmə və uyğunluq qiymətləndirilməsi
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“standartlaşma, texniki tənzimləmə və uyğunluq qiymətləndirilməsi” fənni magistratura səviyyəsində 7006004.8 – “keyfiyyətə nəzarət və diaqnostika sistemləri (sahələr üzrə)” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün tədris planının tələblərinə uyğun olaraq hazırlanmışdır. fənnin əsas hədəfi magistrantlara cihaz mühəndisliyində keyfiyyətə nəzarət və diaqnostika proseslərini beynəlxalq və milli standartlarla əlaqələndirmək barədə fundamental nəzəri bilik və praktiki bacarıqlar qazandırmaqdır. kursun proqramı standartlaşmanın mahiyyətini, iso, iec, CEN kimi beynəlxalq təşkilatların fəaliyyətini, milli AZS sistemini və texniki normativ hüquqi aktların tətbiq mexanizmlərini ətraflı şəkildə əhatə edir. tədris müddətində tələbələr məhsul və xidmətlərin uyğunluq qiymətləndirilməsi metodları, sertifikatlaşdırma orqanları, akkreditasiya sistemləri və texniki tənzimləmədə risklərin idarə olunması mövzularını dərindən mənimsəyirlər. fənn həmçinin magistrantlara i̇lac və IAF kimi beynəlxalq qarşılıqlı tanınma mexanizmlərini öyrətməklə, onlara məhsul və texnologiyaların standartlara uyğunluğunu təmin etmək və sertifikatlaşdırma proseslərini peşəkar səviyyədə planlaşdırmaq vərdişləri aşılayır.
Course learning outcomes
CLO 1: Ftn 1 (standartlaşdırmanın əsasları və normativ baza): standartlaşdırmanın nəzəri-metodoloji əsaslarını, milli və beynəlxalq standartların (iso, iec, cen/cenelec və s.) strukturunu mənimsəyir, normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqi qaydalarını praktiki olaraq həyata keçirir.
CLO 2: Ftn 2 (texniki tənzimləmə və qanunvericilik): texniki reqlamentlərin strukturu, məqsədləri və hazırlanma prinsiplərini təhlil edir; texniki tənzimləmə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq məhsul və xidmətlərin təhlükəsizlik parametrini qiymətləndirməyi bacarır.
CLO 3: Ftn 3 (uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma): məhsul, proses və idarəetmə sistemlərinin sertifikatlaşdırılması, bəyan edilməsi (declaration) və akkreditasiyası prosedurlarını təşkil edir, uyğunluğun qiymətləndirilməsi sxemlərini doğru seçib tətbiq edir.
CLO 4: Ftn 4 (keyfiyyətə nəzarət və audit): beynəlxalq keyfiyyət idarəetmə sistemləri (iso 9001, iso/iec 17025 və s.) çərçivəsində daxili və xarici audit proseslərini planlaşdırır, akkredit olunmuş sınaq laboratoriyalarının fəaliyyət qaydalarına uyğun keyfiyyətə nəzarət mexanizmlərini işləyib hazırlayır.
CLO 5: Ftn 5 (təhlükəsizlik, risklər və ekspertiza): məhsul və xidmətlərin həyat dövrü boyu risklərin analizi metodlarını tətbiq edir, uyğunsuzluqların səbəblərini müəyyənləşdirir və bazar nəzarəti mexanizmlərinə uyğun ekspertiza rəyi hazırlayır.