Subject · Instrumentation engineering (master)
Metroloji ölçmə sistemlərinin riyazi modelləşdirilməsi
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“metroloji ölçmə sistemlərinin riyazi modelləşdirilməsi” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə metroloji ölçmə sistemlərinin riyazi əsaslarını və xətaların ehtimal qiymətlərinin proqnozlaşdırılmasını mənimsətmək məqsədi daşıyır. fənnin tədrisində əsas hədəf magistrantlara qeyri-müəyyənlik modellərinin qurulmasını, təsadüfi və sistematik xətaların analitik və statistik metodlarla təhlilini öyrətməkdir. kursun proqramı diferensial və ehtimal nəzəriyyəsinə əsaslanan yanaşmaları, qeyri-müəyyənlik büdcəsinin hesablanmasını və müvafiq optimallaşdırma metodlarının tətbiqi imkanlarını əhatə edir. bu fənni öyrənməzdən əvvəl tələbələrin metrologiyanın əsasları, metroloji proseslərin avtomatlaşdırılması, həmçinin riyazi statistika və ehtimal nəzəriyyəsinin tətbiqi üzrə ilkin vərdişlərə malik olması zəruridir. “rəqəmsal metrologiya” və “ölçmə prosesləri” kimi fənlərlə birbaşa əlaqəli olan bu kurs, tələbələrə həm istehsalat, həm də istismar mühitində real və eksperimental ölçmə məlumatları əsasında model qurmaq, onları təhlil etmək və texniki qərarları elmi şəkildə əsaslandırmaq bacarığı qazandırır.
Course learning outcomes
CLO 1: Ftn 1 (fiziki-riyazi modelləşdirmə): metroloji ölçmə sistemlərinin və ölçmə çeviricilərinin statik və dinamik xarakteristikalarını təhlil edərək, diferensial tənliklər və ötürmə funksiyaları vasitəsilə adekvat riyazi modellərini qurmağı bacarır.
CLO 2: Ftn 2 (xətaların analizi və qeyri-müəyyənlik): ölçmə proseslərində təsadüfi və sistematik xətaların riyazi-statistik modellərini işləyib hazırlayır, beynəlxalq standartlara (gum) uyğun olaraq ölçmə qeyri-müəyyənliyini hesablayır.
CLO 3: Ftn 3 (siqnalların riyazi emalı və filtrləmə): ölçmə siqnallarının spektral və korrelyasiya analizi metodlarını mənimsəyir, ölçmə zəncirindəki küy və maneələri aradan qaldırmaq üçün rəqəmsal filtrləmə (furye çevrilməsi, kalman filtri və s.) modellərini tətbiq edir.
CLO 4: Ftn 4 (kompyuter simulyasiyası və identifikasiya): ölçmə sistemlərinin iş rejimini ixtisaslaşdırılmış proqram təminatlarında (matlab/simulink, labview və s.) simulyasiya edir və eksperimental verilənlər əsasında sistem parametrlərinin identifikasiyasını aparır.
CLO 5: Ftn 5 (sistemlərin optimallaşdırılması və qiymətləndirilməsi): qurulmuş riyazi modellər əsasında metroloji sistemlərin həssaslığını, dəqiqliyini və etibarlılığını optimallaşdırır, konseptual modellərin effektivliyini müqayisəli təhlil etməyi bacarır.