Subject · Kompüter elmləri

Tədqiqat analitikası

MM-00036 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Fənn məlumatların toplanması, hazırlanması, təmizlənməsi və sistemləşdirilməsi, məlumat təhlili strategiyalarının qurulması, statistik, kəmiyyət və keyfiyyət təhlili metodlarının tətbiqi, müvafiq proqram təminatlarından istifadə, nəticələrin vizuallaşdırılması, şərhi və analitik hesabatların hazırlanmasını əhatə edir.

Course learning outcomes

  1. CLO 1: Tədqiqat analitikasının əsas prinsiplərini, məlumat növlərini və məlumatların toplanması mənbələrini izah edir və tədqiqat məqsədinə uyğun məlumat mənbələrini müəyyənləşdirir.

  2. CLO 2: Tədqiqat probleminə və məqsədinə uyğun məlumat təhlili strategiyasını hazırlayır və müvafiq təhlil metodlarını seçir.

  3. CLO 3: Təhlil üçün məlumatları hazırlayır, təmizləyir, sistemləşdirir və onların keyfiyyətini qiymətləndirir.

  4. CLO 4: Tədqiqat məqsədinə uyğun olaraq excel, spss, stata, r, matlab, python və digər müvafiq proqram vasitələrindən istifadə etməklə məlumatların təhlilini həyata keçirir.

  5. CLO 5: Statistik testləri, kəmiyyət və keyfiyyət təhlili metodlarını, eksperimental məlumatların, anket və sorğuların təhlili üsullarını tədqiqat məsələsinə uyğun tətbiq edir.

  6. CLO 6: Təhlil nəticələrini cədvəl, qrafik və digər vizuallaşdırma vasitələri ilə təqdim edir, əldə olunan nəticələri şərh edir və əsaslandırılmış nəticələr çıxarır.

  7. CLO 7: Məlumat təhlilinin nəticələrinə əsaslanan analitik rəylər və tədqiqat nəticələrini əks etdirən hesabatlar hazırlayır.