Subject · Economics-master's degree
Rəqəmsal iqtisadiyyat
About this subject
Credits
6
Workload
80hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Fənnin tədrisində məqsəd tələbələrə müasir şəraitdə rəqəmsal iqtisadiyyatın fəaliyyət mexanizmini dərk etməyə və anlamağa yardım etmək, nəzəri bilikləri və praktiki alətləri birləşdirməklə tələbələrdə rəqəmsal iqtisadiyyatı təhlil etmək və onun inkişafına töhvə vermək bacarıqlarını formalaşdırmaqdır. fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır: • rəqamsal iqtisadiyyat, onun üstünlükləri və xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq; • rəqəmsal iqtisadiyyatda istehsal və dəyər modellərini və onların xüsusiyyətlərini tələbələrə təqdim etmək; • şəbəkə təsirləri və rəqəmsal iqtisadiyyatın inkişafında şəbəkə təsirlərinin rolunu tələbələrə aşılamaq; • rəqəmsal bazarlar, onların təsnifatı və fəaliyyət xüsusiyyətləri haqqında zəruri elmi bilikləri tələbələrə aşılamaq; • rəqəmsal iqtisadiyyatın ölçülməsi və rəqəmsal iqtisadiyyatın təhlili sahəsində tələbələrə zəruri bacarıq və qabiliyyətlərin aşılanması; • ölkədə rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafında dövlətin rolunun artırılması istiqamətlərini tələbələrə aşılamaq; • tədris prosesində kursun mövzuları üzrə praktik keyslər, çalışma və məsələlər tətbiq etməklə tələbələrdə təhlil, qiymətləndirmə və tədqiqat aparmaq bacarıqlarını aşılamaq; • təlim prosesində tələbələrdə sərbəst fikir yürütmə, müzakirə etmə və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək.
Course learning outcomes
CLO 1: Fənnin təlim nəticələri: tələbələr fənni bitirdikdə aşağıdakı təlim nəticələrinə yiyələnəcək: (blum taksonomiyası feilləri əsasında ölçüləbilən meyarlar) ftn1: rəqəmsal iqtisadiyyatın əsas anlayışlarını, prinsiplərini və komponentlərini müəyyən edir və sadalayır. ftn2: rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqlərini izah edir. ftn3: rəqəmsal iqtisadiyyatın göstəricilərini təhlil etmək üçün statistik və rəqəmsal məlumatlardan istifadə edir. ftn4: rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən texnoloji, iqtisadi və institusional amilləri təhlil edir ftn5: rəqəmsal iqtisadiyyatın üstünlüklərini və risklərini qiymətləndirir. ftn6: müəyyən iqtisadi problem üçün rəqəmsal biznes modeli hazırlayır.