Subject · Biznesin idarə edilməsi

Rəqəmsal iqtisadiyyat

MS-21346 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə rəqəmsal texnologiyaların iqtisadi proseslərə, biznes modellərinə və bazar strukturuna təsirini təhlil etmək üçün zəruri olan konseptual əsasları və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində rəqəmsal transformasiya, platforma iqtisadiyyatı, data əsaslı dəyər zənciri, rəqəmsal aktivlər və rəqəmsal bazarların fəaliyyət prinsipləri tədris olunur. tələbələr böyük data (big data), süni intellekt, blokçeyn və əşyaların interneti (iot) kimi innovasiyaların iqtisadi artıma, məhsuldarlığa və məşğulluğa təsirini, həmçinin rəqəmsal ekosistemlərdə rəqabət strategiyaları və dövlət tənzimləmələrini mənimsəyəcəklər. fənn tələbələrdə dinamik rəqəmsal mühitdə yarana biləcək iqtisadi imkanları və riskləri qiymətləndirmək üçün analitik təfəkkür formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Rəqəmsal transformasiya, platforma iqtisadiyyatı və şəbəkə effektlərinin (network effects) müasir bazar strukturlarına təsirini təhlil edir.

  2. CLO 2: Rəqəmsal biznes modellərini (freemium, subscription, marketplace, saas) müqayisə edərək dəyər zəncirinin necə formalaşdığını qiymətləndirir.

  3. CLO 3: Əşyaların interneti (iot), bulud texnologiyaları və avtomatlaşdırmanın istehsalat və xidmət sektorundakı məhsuldarlığa təsirini analiz edir.

  4. CLO 4: Rəqəmsal bazarlarda məlumatların məfiliyi, data mülkiyyəti, kibertəhlükəsizlik və rəqəmsal etika məsələlərini tənzimləmə çərçivəsində dəyərləndirir.

  5. CLO 5: Ənənəvi müəssisələrin rəqəmsal ekosistemlərə inteqrasiyası və rəqəmsal rəqabət üstünlüyünün qazanılması üçün strateji yol xəritəsi tərtib edir.