About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə təşkilatların strateji, maliyyə, əməliyyat və rəqəmsal fəaliyyətlərində qarşılaşdıqları qeyri-müəyyənlikləri idarə etmək, potensial təhdidləri öncədən müəyyənləşdirmək və riskləri imkanlara çevirmək üçün zəruri olan konseptual çərçivəni və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində risklərin identifikasiyası, keyfiyyət və kəmiyyət analizi (swot, scenario analysis, monte karlo simulyasiyası), risklərin qiymətləndirilməsi və beynəlxalq risk menecmenti standartları (iso 31000, COSO erm) tədris olunur. tələbələr risklərə cavab strategiyalarının (yayınma, azaldma, ötürmə, qəbul etmə) seçilməsi, korporativ risk matrislərinin qurulması, böhranların idarə olunması və biznesin davamlılığının təmin edilməsi (business continuity) mexanizmlərini mənimsəyəcəklər. fənn real biznes kazusları vasitəsilə tələbələrdə dinamik bazar şəraitində risk yönümlü qərarqəbuletmə və təşkilati dayanlıqlığı yüksəltmək bacarıqlarını formalaşdırır.
Course learning outcomes
CLO 1: Müəssisə səviyyəsində risklərin idarə edilməsi (erm) çərçivələrini (coso, ISO 31000) tətbiq edərək daxili və xarici risk faktorlarını eyniləşdirir.
CLO 2: Strateji, əməliyyat, maliyyə və nüfuz risklərini kəmiyyət və keyfiyyət metodları (risk matrisi, var, monte karlo simulyasiyası) ilə qiymətləndirir.
CLO 3: Risklərin qarşısının alınması, yumşaldılması, ötürülməsi (sığorta, hecinq) və ya qəbul edilməsi üzrə cavab strategiyalarını tərtib edir.
CLO 4: Böhran və fövqəladə hallar üçün biznesin davamlılığı planını (business continuity plan - bcp) və risklərin monitorinqi sistemini layihələndirir.
CLO 5: Təşkilatda risk mədəniyyətini formalaşdırmaq və korporativ idarəetmə standartlarına uyğunluğu temin etmək üçün riski nəzərə alan qərarqəbuletmə mexanizmlərini tətbiq edir.