General information
- Subject code
- MS-2044
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat mühazirə
- Out-of-class hours
- a) 150 saat fərdi iş
About the subject
Bu fənn tələbələrə biznes və idarəetmə sahələrində toplanmış statistik verilənlərin emalı, təhlili, interpretasiyası və bu analitik nəticələr əsasında əsaslandırılmış qərarların qəbul edilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində təsviri statistika göstericiləri (orta qiymət, dispersiya, standart kənarlaşma), ehtimal paylanmaları, seçmə üsulları, hipotezlərin yoxlanılması (t-test, anova, xi-kvadrat) və korrelyasiya-reqressiya təhlilinin konseptual əsasları tədris olunur. tələbələr müasir statistik proqram paketləri (ms excel, spss, r və ya python) vasitəsilə böyük verilənlər dəstlərini təmizləməyi, statistik modellər qurmağı, dəyişənlər arasındakı asılılıqları ölçməyi və nəticələri vizual olaraq təqdim etməyi mənimsəyəcəklər. fənn tələbələrdə xam məlumatlardan etibarlı statistik nəticələr çıxarmaq və biznes proseslərindəki qeyri-müəyyənlikləri analitik metodlarla idarə etmək vərdişlərini formalaşdırır.
Teaching methods
- lecture
- interactive discussion
- problem-based learning
- project-based learning
- case study
- presentations
- teamwork
Course learning outcomes (CLO)
CLO 1: Biznes və tədqiqat məlumatlarını statistik proqramlarda (excel, spss, r və s.) təmizləyir, strukturlaşdırır və analizə hazır vəziyyətə gətirir.
CLO 2: Təsviri statistik göstəriciləri (ortalama, median, standart kənarlaşma) hesablayır və verilənlərin paylanma xüsusiyyətlərini vizual və ədədi olaraq şərh edir.
CLO 3: Seçmə göstəriciləri əsasında baş məcmunun parametrlərini qiymətləndirmək üçün hipotez testlərini (t-test, chi^2-test, anova) tətbiq edir.
CLO 4: Dəyişənlər arasındakı asılılıqları və əlaqə dərəcəsini qiymətləndirmək üçün korrelyasiya və reqressiya analizlərini həyata keçirir.
CLO 5: Statistik təhlillərin nəticələrinə əsasən məlumatlara söykənən (data-driven) idarəetmə qərarları üçün analitik hesabatlar tərtib edir.
Topic plan
No topics have been added.
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |