Subject · Biznesin idarə edilməsi

Enerji menecmenti sistemi

MS-20366 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə müəssisə və təşkilatlarda enerji resurslarından səmərəli istifadə olunması, enerji xərclərinin azaldılması və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üçün enerji menecmenti sistemlərinin (ems) qurulması və idarə edilməsi bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində beynəlxalq ISO 50001 enerji menecment standartının prinsipləri, enerji siyasətinin formalaşdırılması, enerji istehlakının monitorinqi və ölçülməsi (enpi — enerji performans göstəriciləri) tədris olunur. tələbələr enerji balansının tərtib edilməsi, energetik baz xəttinin (energy baseline) müəyyənləşdirilməsi, enerjiyə qənaət imkanlarının və effektivlik potensialının təhlili, eləcə də resursların idarə olunmasında rəqəmsal EMS proqram təminatlarının tətbiqini mənimsəyəcəklər. fənn tələbələrdə enerji effektivliyi layihələrinin iqtisadi və ekoloji cəhətdən qiymətləndirilməsi, davamlı enerji strategiyalarının işlənməsi və təşkilatlarda enerji menecmenti sisteminin uğurla tətbiq edilməsi vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Beynəlxalq ISO 50001 standartının tələblərinə uyğun olaraq müəssisədə enerji menecmenti sisteminin (enms) qurulması və tətbiqi planını layihələndirir.

  2. CLO 2: Təşkilatın enerji siyasətini, enerji məqsəd və hədəflərini korporativ dayanıqlılıq strategiyası ilə inteqrasiya olunmuş şəkildə formalaşdırır.

  3. CLO 3: Enerji istehlakı məlumatlarını toplayaraq baza göstəricilərini (energy baseline - enb) və enerji effektivliyi göstəricilərini (enpis) müəyyən edir.

  4. CLO 4: Müəssisədə enerji balansı, enerji itkilərinin xəritələnməsi və davamlı təkmilləşdirmə (pdca – plan-do-check-act) mexanizmlərini tətbiq edir.

  5. CLO 5: Enerji səmərəliliyi tədbirlərinin texniki-iqtisadi əsaslandırmasını tətbiq edərək enerji xərclərinin azaltması üzrə fəaliyyət planı hazırlayır.