Subject · Biznesin idarə edilməsi

Elektron kommersiyada təchizat zəncirinin idarə edilməsi

MS-20346 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə elektron ticarət (e-commerce) mühitində mal, xidmət və informasiya axınlarının planlaşdırılması, idarə olunması və rəqəmsal satış kanallarına uyğunlaşdırılması üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində e-ticarət təchizat zəncirinin arxitekturası, sifarişlərin icrası (e-fulfillment), anbar idarəetmə sistemləri (wms), son mil çatdırılması (last-mile delivery) və tərs logistika (reverse logistics — qaytarılmaların idarə olunması) tədris olunur. tələbələr e-ticarətdə tələbatın dəqiq proqnozlaşdırılması, anbar ehtiyatlarının optimallaşdırılması, mikroməkanlaşdırma (dark stores / fulfillment centers), omnikanal (omnichannel) logistika strategiyaları və çatdırılma xərclərinin azaldılması yollarını mənimsəyəcəklər. fənn tələbələrdə rəqəmsal təchizat zəncirində avtomatlaşdırma, iot, blokçeyn və AI texnologiyalarını tətbiq etməklə müştəri məmnuniyyətini və əməliyyat effektivliyini yüksəltmək vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: E-ticarətdə təchizat zəncirinin spesifik xüsusiyyətlərini, son mil çatdırılmasını (last-mile delivery) və e-fulfillment proseslərini təhlil edir.

  2. CLO 2: E-ticarət platformaları üçün real vaxt rejimində anbar və inventar idarəetməsi sistemlərini (wms, erp) layihələndirir.

  3. CLO 3: Onlayn sifarişlərin icrası, geriyə logistika (reverse logistics) və qaytarılma processesini müştəri məmnuniyyəti nəzərə alınmaqla optimallaşdırır.

  4. CLO 4: E-ticarət təchizat zəncirində avtomatlaşdırma, robototexnika və proqnostik analitika alətlərinin tətbiq imkanlarını qiymətləndirir.

  5. CLO 5: Çarpaz-sərhəd e-ticarət (cross-border e-commerce) logistikasını, gömrük rəsmiləşdirilməsini və omnikanal paylanma strategiyalarını tərtib edir.