Subject · Biznesin idarə edilməsi
Qlobal təchizat zəncirinin idarə edilməsi
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə beynəlxalq mühitdə xammalın tədarükündən son istehlakçıya qədər olan mal, xidmət və informasiya axınlarının planlaşdırılması, təşkilı və effektiv idarə olunması bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində qlobal təchizat zənciri arxitekturası, beynəlxalq logistika və daşınma rejimiləri, anbar və ehtiyatların (inventory) idarə edilməsi, gümrük prosedurları və beynəlxalq ticarət terminləri (incoterms) tədris olunur. tələbələr sərhədlərarası təchizat zəncirində şəffaflıq və çevikliyin artırılması, rəqəmsal təchizat zənciri alətlərinin (erp, wms, blockchain) tətbiqi, satınalma strategiyaları (global sourcing), təchizatçı risklərinin və gözlənilməz kəsintilərin idarə olunması mexanizmlərini mənimsəyəcəklər. fənn tələbələrdə qlobal bazarlarda logistika xərclərini optimallaşdırmaq, təchizat zəncirinin dayanıqlığını yüksəltmək və rəqabətədavamlı strategiyalar hazırlamaq vərdişlərini formalaşdırır.
Course learning outcomes
CLO 1: Qlobal təchizat zəncirinin şəbəkə strukturlarını, satınalma, logistika və paylanma proseslərini inteqrasiya olunmuş şəkildə təhlil edir.
CLO 2: Təchizat zəncirində inventar idarəetməsi, anbarlaşdırma və nəqliyyat marşrutlarının optimallaşdırılması modellərini tətbiq edir.
CLO 3: Qlobal təchizat zəncirində yaranan geopolitik, ticarət, valyuta və logistik riskləri eyniləşdirir və cavab strategiyaları hazırlayır.
CLO 4: Təchizatçılarla münasibətlərin idarə olunması (srm) və beynəlxalq incoterms qaydalarına uyğun kommersiya şərtlərini tənzimləyir.
CLO 5: Qlobal təchizat zəncirində rəqəmsal texnologiyaların (iot, blokçeyn, ai) tətbiqi ilə dayanıqlı və yaşıl logistika strategiyalarını tərtib edir.