Subject · Biznesin idarə edilməsi

Müştəri əlaqələrinin idarə edilməsi süni intellekt

MS-20156 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə müştəri münasibətlərinin i̇darə edilməsi (crm) sistemlərinə süni intellekt (ai), maşın öyrənməsi və böyük data texnologiyalarının inteqrasiyası, eləcə də bu texnologiyaların müştəri təcrübəsini (cx) rəqəmsallaşdırmaq imkanlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində AI əsaslı CRM platformalarının arxitekturası, müştəri datalarının avtomatlaşdırılmış emalı, təbii dilin emalı (nlp) ilə işləyən ağıllı çatmətlər və virtual köməkçilərin tətbiqi prinsipləri tədris olunur. tələbələr süni intellekt vasitəsilə müştəri davranışlarının proqnozlaşdırılması, müştərilərin tərk etmə riskinin (churn analysis) öncədən müəyyən olunması, avtomatlaşdırılmış satış qıfı (sales funnel) idarəçiliyi, fərdiləşdirilmiş marketinq təkliflərinin (next best action) generator olunması və sentiment analiz metodlarını mənimsəyəcəklər. fənn tələbələrdə müştəri loyallığını artırmaq, xidmət keyfiyyətini yüksəltmək və AI dəstəkli CRM strategiyaları vasitəsilə müəssisənin satış effektivliyini maksimumlaşdırmaq vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Ai ilə dəstəklənən CRM sistemlərinin mimarisini, müştəri verilənlərinin inteqrasiyasını və avtomatlaşdırılmış CRM proseslərini təhlil edir.

  2. CLO 2: Müştəri reqressiyasını (churn rate) öncədən görmək və müştərinin ömür boyu dəyərini (clv) proqnozlaşdırmaq üçün maşın öyrənməsi modellərini tətbiq edir.

  3. CLO 3: Təbii dilin emalı (nlp) və generativ AI alətləri vasitəsilə avtomatlaşdırılmış çatbotlar və virtula assistentlərin müştəri xidmətlərinə inteqrasiyasını layihələndirir.

  4. CLO 4: Hiper-fərdiləşdirilmiş marketinq kampaniyaları və təklif mühərrikləri (recommendation engines) üçün AI əsaslı müştəri seqmentasiyası aparır.

  5. CLO 5: Müştəri məlumatlarının işlənməsində AI etikası, data məfiliyi (gdpr) və istifadəçi etimadının qorunması standartlarını tətbiq edir.