Subject · Biznesin idarə edilməsi
Yeni məhsulun inkişaf etdirilməsində süni intellekt
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə yeni məhsul və xidmətlərin ideya mərhələsindən bazara çıxarılmasına (npd — new product development) qədər olan bütün həyat dövründə süni intellekt (ai) texnologiyalarından və maşın öyrənməsi alətlərindən istifadə üzrə konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində generativ süni intellekt vasitəsilə bazar ehtiyaclarının təhlili, ideya generatorlarının tətbiqi, konseptlərin testi, sürətli prototipləşdirmə və məhsul dizaynının (generative design) avtomatlaşdırılması prinsipləri tədris olunur. tələbələr AI əsaslı bazar analitikası vasitəsilə istifadəçi rəylərinin (sentiment analysis) emal edilməsi, MVP (minimum qəbul olunan məhsul) yaradılmasının sürətləndirilməsi, a/b testlərin optimallaşdırılması və məhsulun bazara uyğunluğunun (product-market fit) dəqiq təyini yollarını mənimsəyəcəklər. fənn tələbələrdə yeni məhsulun inkişaf etdirilməsi prosesində xərcləri və zamanı minimuma endirmək, innovativ rəqabət üstünlüyü qazanmaq və AI dəstəkli məhsul menecmenti (product management) strategiyaları hazırlamaq vərdişlərini formalaşdırır.
Course learning outcomes
CLO 1: Yeni məhsulun işlənməsi dahi prosesində (npd - new product development) ideya generasiyası, konsept testi və bazar təhlili üçün ai/ml alətlərini tətbiq edir.
CLO 2: Generativ AI və kompüter dəstəkli dizayn alətlərindən istifadə edərək məhsul prototiplərini və istifadəçi interfeyslərini fərdiləşdirir.
CLO 3: Müştəri rəylərini, sosial media verilənlərini və bazar trendlərini NLP və hissi analiz (sentiment analysis) vasitəsilə emal edərək məhsul tələblərini formalaşdırır.
CLO 4: Məhsulun bazar-uyğunluq (product-market fit) göstəricilərini və potensial satınalma davranışlarını proqnostik alqoritmlərlə qiymətləndirir.
CLO 5: Ai inteqrasiya olunmuş yeni məhsulların inkişafı zamanı etika, intellektual mülkiyyət və kommersiyalaşdırılma risklərini idarə edir.