Subject · Biznesin idarə edilməsi

Süni intellekt və elektron ticarət

MS-20116 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə elektron ticarət (e-commerce) ekosistemində süni intellekt (ai), maşın öyrənməsi (ml) və böyük data (big data) texnologiyalarının tətbiqi, eləcə də bu texnologiyaların rəqəmsal satış kanallarında yaraddığı transformasiya sahəsində konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində onlayn alıcılara fərdiləşdirilmiş məhsul tövsiyələrinin verilməsi (recommendation systems), dinamik qiymətləndirmə alqoritmləri, vizual axtarış və ağıllı çatmətlər (ai chatbots / virtual assistants) kimi innovativ həllər tədris olunur. tələbələr süni intellekt vasitəsilə e-ticarətdə tələbatın dəqiq proqnozlaşdırılması, anbar ehtiyatlarının və logistikanın optimallaşdırılması, tərk edilmiş səbətlərin azaldılması, saxta əməliyyatların müəyyən edilməsi (fraud detection) və müştəri təcrübəsinin (cx) avtomatlaşdırılması yollarını mənimsəyəcəklər. fənn e-ticarət platformalarının mənfəətliliyini artırmaq, conversion rate göstəricilərini yüksəltmək və AI əsaslı rəqəmsal satış strategiyaları hazırlamaq vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: E-ticarət platformalarında müştəri təcrübəsini və konversiyanı artırmaq üçün AI texnologiyalarının (tövsiyə mühərrikləri, vizual axtarış, dinamik qiymətəmələgəlmə) rolu təhlil edir.

  2. CLO 2: İstifadəçi davranışlarını və satınalma nümunələrini təhlil edərək fərdiləşdirilmiş məhsul tövsiyə alqoritmlərini və hiper-fərdiləşdirilmiş marketinq kampaniyalarını tətbiq edir.

  3. CLO 3: E-ticarətdə anbar idarəetməsi, tələbatın proqnozlaşdırılması və fulfillment proseslərinin AI vasitəsilə avtomatlaşdırılmasını layihələndirir.

  4. CLO 4: Generativ AI və NLP alətlərindən istifadə edərək e-ticarət üçün avtomatlaşdırılmış məhsul təsvirləri, vizual kontent və çatbot dəstəyi sistemləri hazırlayır.

  5. CLO 5: Ai ilə dəstəklənən e-ticarət strategiyalarının effektivliyini maliyyə və əməliyyat metrikaları (aov, conversion rate, cac, clv) vasitəsilə qiymətləndirir.