Subject · Biznesin idarə edilməsi

İstehsalın idarə edilməsi

MS-20056 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə istehsalat müəssisələrində məhsul və xidmətlərin yaradılması proseslərinin planlaşdırılması, təşkili, idarə olunması və nəzarəti üçün zəruri olan konseptual əsasları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində istehsal güclərinin (capacity planning) müəyyənləşdirilməsi, müəssisənin yerləşməsi və yerləşim planı (plant layout), təchizat və anbar ehtiyatlarının idarə edilməsi, keyfiyyətə nəzarət və yığcam i̇stehsal (lean production / lean manufacturing) prinsipləri tədris olunur. tələbələr istehsalat silsiləsinin optimallaşdırılması, işçi və avadanlıq resurslarının yüklənməsi, xərclərin azaldılması, tullantıların minimuma indirilməsi və just-in-time (jit) sistemlərinin tətbiqi kimi operativ menecment üsullarını mənimsəyəcəklər. fənn tələbələrdə istehsal proseslərində effektivliyi, məhsuldarlığı və rəqabət qabiliyyətliliyi artırmaq üçün analitik və strateji qərarqəbuletmə bacarıqlarını formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: İstehsal proseslərinin planlaşdırılması, güc məhdudiyyətlərinin (capacity planning) və istehsal güclərinin yerləşdirilməsi strategiyalarını təhlil edir.

  2. CLO 2: Anbar və ehtiyatların idarə edilməsi modellərini (eoq, jit, lean manufacturing) tətbiq edərək istehsal xərclərini və itkiləri minimuma endirir.

  3. CLO 3: Stehsal qrafiklərinin tərtibi, iş axınlarının optimallaşdırılması və təchizat zənciri ilə inteqrasiyanı təmin edən idarəetmə taktikaları hazırlayır.

  4. CLO 4: Məhsul və xidmət keyfiyyətinə nəzarət üçün statistik keyfiyyət nəzarəti (sqc) və altı siqma (six sigma) alətlərini tətbiq edir.

  5. CLO 5: Müəssisədə əməliyyat effektivliyini və məhsuldarlığı artırmaq üçün istehsal sistemlərinin yenidən layihələndirilməsini və avtomatlaşdırılmasını qiymətləndirir.