Subject · Biznesin idarə edilməsi
Davamlı inkişaf və biznes strategiyaları
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn tələbələrə bmt-nin davamlı i̇nkişaf məqsədləri (sdgs) işığında biznes subyektlərinin uzunmüddətli strategiyalarını formalaşdırmaq, ekoloji və sosial məsuliyyəti korporativ idarəetməyə inteqrasiya etmək bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində davamlı inkişafın konseptual əsasları, "üçlü nəticə xətti" (triple bottom line — i̇nsan, planet, mənfəət) konsepsiyası, resurs effektivliyi və iqlim dəyişikliyinin biznesə təsiri tədris olunur. tələbələr ekoloji, sosial və idarəetmə (esg) amillərini nəzərə alan rəqabətədavamlı biznes modellərinin qurulması, dəyər zəncirinin davamlılaşdırılması, yaşıl innovasiyaların tətbiqi və korporativ davamlılıq hesabatlarının tərtibi prinsiplərini mənimsəyəcəklər. fənn tələbələrdə qlobal ekoloji və sosial çağırışlar şəraitində riskləri idarə etmək, biznesin cəmiyyətə müsbət təsirini artırmaq və davamlı rəqabət üstünlüyü əldə etmək üçün strateji düşüncə tərzi formalaşdırır.
Course learning outcomes
CLO 1: Davamlı inkişaf коnsеpsiyasını və üçlü yekun xətt (triple bottom line: people, planet, profit) çərçivəsini korporativ strateji planlaşdırmaya inteqrasiya edir.
CLO 2: Şirkətin daxili və xarici fəaliyyətinin ətraf mühitə və cəmiyyətə təsirini qiymətləndirərək davamlı biznes modellərini layihələndirir.
CLO 3: Bmt-nin dayanıqlı i̇nkişaf məqsədlərinə (sdgs) uyğun korporativ sosial məsuliyyət (csr) və dayanıqlılıq strategiyalarını tərtib edir.
CLO 4: Davamlılıq göstəricilərinin (esg metrics) idarə olunması və resurs effektivliyinin artırılması üçün strateji fəaliyyət planları hazırlayır.
CLO 5: Şirkətin rəqabət üstünlüyünü və brend nüfuzunu artırmaq üçün dayanıqlı innovasiyalar və yaşıl qiymət zənciri strategiyalarını həyata keçirir.