Subject · Biznesin idarə edilməsi

Biznes strukturunun və təşkilati dizaynın idarə edilməsi

MS-20216 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Fənn biznes strukturu, təşkilati dizayn, eləcə də biznes təşkilatları daxilində idarəetmə səlahiyyətlərinin, məsuliyyətlərin, kommunikasiyanın və koordinasiyanın təşkili prinsipləri üzrə hərtərəfli biliklərə yiyələnməyi təmin edir. kurs təşkilati tənzimləmə formaları, iyerarxiya, əmək bölgüsü, departamentləşmə, mərkəzləşdirmə və desentralizasiya, kommunikasiya axınları və koordinasiya mexanizmləri daxil olmaqla, biznes müəssisələrinin strukturu və dizaynının dərindən dərk olunmasını formalaşdırır. fənn, həmçinin təşkilati dizaynın biznes strategiyasına, əməliyyat səmərəliliyinə, qərar qəbuletmə prosesinə, uyğunlaşma qabiliyyətinə və ümumi fəaliyyət nəticələrinə təsirini araşdırır; daxili və xarici mühit amillərinin struktur seçimlərinə və təşkilati dəyişikliklərə necə təsir göstərdiyini təhlil edir. bununla da tələbələrdə biznes strukturlarını sistemli və praktiki şəkildə təhlil etmək və qiymətləndirmək bacarığı inkişaf etdirilir.

Course learning outcomes

  1. CLO 1: Təşkilati strukturları təhlil və sintez etmək: müxtəlif təşkilati arxitekturaların (funksional, matris, divizional, şəbəkə və aqil/agile) üstünlük və çatışmazlıqlarını müqayisə edir, şirkətin strateji məqsədlərinə uyğun struktur modelini seçir.

  2. CLO 2: Təşkilati dizayn prinsiplərini tətbiq etmək: mərkəzləşmə/mərkəzsizləşmə, səlahiyyət bölgüsü, idarəetmə diapazonu (span of control) və formallaşdırma dərəcəsini biznesin miqyasına uyğun optimal şəkildə balanslaşdırır.

  3. CLO 3: Biznes proseslərini və iş axınlarını (workflow) optimallaşdırmaq: təşkilatdaxili bürokratiyanı və funksional "siloları" aradan qaldırmaq üçün proseslərin yenidən layihələndirilməsini (business process reengineering) və iş axınlarının xəritələndirilməsini aparır.

  4. CLO 4: Təşkilati dəyişiklikləri idarə etmək (change management): şirkətin yenidən strukturlaşdırılması (restructuring) zamanı yaranan işçi müqavimətini aradan qaldırmaq üçün kotter və ya lewin dəyişiklik modellarını tətbiq edir.

  5. CLO 5: Mədəniyyət və struktur uzlaşmasını sağlamaq: korporativ mədəniyyət, strateji prioritetlər və təşkilati arxitektura arasındakı qarşılıqlı əlaqəni (məsələn, mckinsey 7s çərçivəsi əsasında) qiymətləndirir və sinerji yaradır.

  6. CLO 6: Müasir gələcəyin iş modellərini dizayn etmək: hibrid iş mühiti, virtual komandalar, mərkəzsizləşdirilmiş təşkilatlar və ekosistem əsaslı təşkilati modellərin idarə edilməsi mexanizmlərini layihələndirir.