Subject · Biznesin idarə edilməsi
Beynəlxalq investisiya idarəetməsi
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Fənn tələbələri qlobal investisiya analitiklərinə çevirmək məqsədilə bir neçə əsas istiqamət üzrə formalaşdırılmışdır. kurs çərçivəsində tələbələrdə daxili bazar sərhədlərindən kənardakı investisiya imkanlarını müəyyənləşdirmək və dəyərləndirmək üzrə qlobal strateji baxış formalaşdırılır, eyni zamanda valyuta, siyasi və bazar risklərini kəmiyyətcə ölçmək və onları minimuma endirmək metodlarına dərindən yiyələnmək təmin edilir. bununla yanaşı, tələbələr beynəlxalq diversifikasiyanın riyazi və strateji üstünlüklərini mənimsəyərək portfelin optimallaşdırılması prinsiplərini öyrənir, beynəlxalq aktivlərin qiymətləndirilməsi və hedcinq alətlərindən (törəmə maliyyə alətləri – derivativlər) istifadə üzrə praktiki texniki bacarıqlar qazanırlar.
Course learning outcomes
CLO 1: Qlobal investisiya mühitini təhlil etmək: beynəlxalq bazarların özünəməxsus risk və imkanlarını, eləcə də ölkələr arası siyasi, hüquqi və iqtisadi fərqlilikləri qiymətləndirir.
CLO 2: Beynəlxalq diversifikasiyanı əsaslandırmaq: xarici aktivlərə investisiya qoyuluşunun portfelin risk-gəlirlilik profilinə təsirini və qlobal bazarlar arası korrelyasiyanın rolunu izah edir.
CLO 3: Valyuta riskini idarə etmək: valyuta məzənnəsi tərəddüdlərinin mənfi təsirlərini azaltmaq üçün törəmə maliyyə alətlərindən (forvard, opsion, svop) istifadə etməklə hedcinq strategiyalarını tətbiq edir.
CLO 4: Ölkə riskini (country risk) qiymətləndirmək: xarici investisiya mühitinin sabitliyini və kredit qabiliyyətini təhlil etmək üçün keyfiyyət və kəmiyyət metodlarından istifadə edir.
CLO 5: Optimallaşdırılmış portfel formalaşdırmaq: müəyyən edilmiş risk dərəcəsinə və qlobal makroiqtisadi trendlərə uyğun gələn sərhədlərarası investisiya portfelini layihələndirir və idarə edir.
CLO 6: Aktivlərin qiymətləndirilməsi modellərini tətbiq etmək: qlobal kontekstdə qiymətli kağızları qiymətləndirmək üçün beynəlxalq kapital aktivlərini qiymətləndirmə modelini və digər metodları istifadə edir.