Subject · Biznesin idarə edilməsi

Enerji təhlükəsizliyi və risk idarəetməsi

MS-05266 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə milli, regional və korporativ səviyyədə enerji təhlükəsizliyinin təmin edilməsi, enerji bazarlarında yaranan risklərin öncədən müəyyən olunması və bu risklərin effektiv idarə edilməsi mexanizmlərini öyrətmək üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində enerji təchizatının davamlılığı, enerji mənbələrinin və marşrutlarının diversifikasiyası, qiymət tərəddüdləri, geopolitik gərginliklər və kritik enerji infrastrukturunun qorunması prinsipləri tədris olunur. tələbələr enerji təchizatı zəncirindəki fiziki, maliyyə, ekoloji və kibertəhlükəsizlik risklərinin keyfiyyət və kəmiyyət təhlilini aparmağı, risklərin azaldılması strategiyalarını (hedging, strateji ehtiyatların yaradılması) və böhran vəziyyətlərində operativ qərarların qəbul edilməsini mənimsəyəcəklər. fənn tələbələrdə qlobal enerji keçidi və iqlim dəyişikliyi şəraitində enerji sistemlərinin dayanlığını yüksəltmək və strateji risk-menecment modelləri hazırlamaq vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Qlobal və regional enerji təhlükəsizliyi konsepsiyalarını, təchizat zənciri zəifliklərini və geopolitik risk faktolarını təhlil edir.

  2. CLO 2: Ftn 2: müəssisədə enerji istehlakını, enerji balansını və enerji performans göstəricilərini (enpi / enb) müasir metodlarla hesablayır və tətbiq edir.

  3. CLO 3: Ənənəvi və bərpa olunan enerji mənbələrinin balanslaşdırılması ilə enerjinin diversifikasiyası və dözümlülük (resilience) strategiyalarını tərtib edir.

  4. CLO 4: Enerji sektorunda kibertəhlükəsizlik və fiziki infrastruktur risklərini yumşaltmaq üçün strateji risk menecmenti çərçivələrini tətbiq edir.

  5. CLO 5: Milli və beynəlxalq enerji siyasətlərinə uyğun ssenari planlaması (scenario planning) apararaq energetika sahəsində qərarqəbuletmə modelləri qurur.