Subject · Biznesin idarə edilməsi

Akademik yazı və etika

MM-00026 creditsSpring semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Spring

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə elmi və akademik mühitdə effektiv yazılı kommunikasiya bacarıqlarını aşılamaq, eləcə də akademik dürüstlük və etika prinsiplərini öyrətmək üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində elmi məqalə, tezis, esse və hesabatların strukturlaşdırılması, akademik üslubun gözlənilməsi, arqumentasiyanın qurulması və fikir axınının təmin edilməsi qaydaları tədris olunur. tələbələr akademik mənbələrin tənqidi təhlili, ədəbiyyat icmalının yazılması, istinad və sitat gətirmə standartları (apa, mla, harvard və s.) ilə tanış olacaqlar. fənn həmçinin plagiatın müəyyən edilməsi və qarşısının alınması, müəlliflik hüquqları, süni intellektdən etik istifadə və akademik tədqiqatlarda dürüstlük prinsiplərini əhatə edərək tələbələrin beynəlxalq standartlara cavab verən akademik yazılar ərsəyə gətirməsini təmin edir.

Course learning outcomes

  1. CLO 1: Elmi məqalə, dissertasiya və hesabatların struktur elementlərini (giriş, ədəbiyyat icmalı, metodologiya, nəticələr) akademik üslubda tərtib edir.

  2. CLO 2: Elmi mənbələri akademik bazalarda (scopus, web of science, google scholar və s.) effektiv axtarır, krital qiymətləndirir və ədəbiyyat icmalı şəklində sintez edir.

  3. CLO 3: Beynəlxalq istinad standartlarına (apa, harvard, IEEE və s.) uyğun olaraq mətn daxili istinadları və biblioqrafiyanı düzgün tərtib edir.

  4. CLO 4: Akademik dürüstlük prinsiplərinə riayət edir, intihalın (plagiarism) növlərini tanımaqla onun qarşısını almaq üçün parafraz və sitat gətirmə texnikalarını tətbiq edir.

  5. CLO 5: Tədqiqat prosesində etik normalara (məlumatların məxfiliyi, iştirakçıların razılığı, datanın təhrif edilməməsi) tam əməl edir.