Subject · Biznesin idarə edilməsi

Tədqiqat metodları

MM-00016 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə akademik və praktiki tədqiqatların aparılması üçün zəruri olan konseptual çərçivəni, metodoloji yanaşmaları və praktiki alətləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində tədqiqat suallarının və hipotezlərin düzgün formalaşdırılması, keyfiyyət (qualitative) və kəmiyyət (quantitative) tədqiqat metodlarının seçilməsi, ədəbiyyat icmalının (literature review) hazırlanması və məlumatların toplanması üsulları öyrədilir. tələbələr tədqiqatın dizaynı, seçmə (sampling) üsulları, sorğuların və müsahibələrin təşkili, eləcə də toplanmış verillənlərin analizi prosesini mənimsəyəcəklər. fənn həmçinin akademik etika, plagiatın qarşısının alınması və elmi tədqiqat işlərinin (tezis, məqalə, hesabat) beynəlxalq standartlara uyğun yazılması və təqdim olunması vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Tədqiqat suallarını və hipotezlərini akademik standartlara uyğun şəkildə dəqiq formalaşdırır.

  2. CLO 2: Kəmiyyət (quantitative) və keyfiyyət (qualitative) tədqiqat metodlarını müqayisə edərək konkret tədqiqat mövzusu üçün adekvat metodu seçir və əsaslandırır.

  3. CLO 3: Anket sorğuları, müsahibələr və ya müşahidələr vasitəsilə birincili verilənlərin toplanması planını və seçmə çərçivəsini (sampling) layihələndirir.

  4. CLO 4: Toplanmış kəmiyyət və keyfiyyət data dəstlərini müvafiq statistik və ya tematik analiz metodları ilə emal edir.

  5. CLO 5: Tədqiqatın nəticələrini obyektiv şəkildə şərh edir, metodoloji məhdudiyyətləri müəyyən edir və əsaslandırılmış təkliflər irəli sürür.