Subject · Radio engineering and telecommunication engineering
Beynəlxalq radiorabitə və radiomübadilə
About this subject
Credits
4
Workload
45hours
Semester
Spring
Academic year
2025-2026
Description
“beynəlxalq radiorabitə və radiomübadilə” fənni radiorabitə sistem və şəbəkələrinin təsnifatını, onların qurulmasının nəzəri əsaslarını, radiorele xətlərini, şanvari (hüceyrəvi) radiorabitə şəbəkələrini, trankinq radiorabitə şəbəkələrini, naqilsiz hesablama şəbəkələrini, peyk radiorabitə şəbəkələrini, radiorabitə şəbəkələrinin qurulma prinsiplərini və kommutasiya üsullarını, həmçinin radiorabitə sistem və şəbəkələrinin layihələndirilməsi və istismarı məsələlərini əhatə edir. fənn çərçivəsində televiziya sistemlərində analoq siqnalların rəqəmli siqnallara çevrilməsi prinsipləri, rəqəmli televiziya sistemlərində siqnalların tezlik spektri, kodlaşdırma və spektrin sıxlaşdırılması üsulları, rəqəmli televiziya standartlarının əsas prinsipləri, təsvir və səs siqnallarının radiokanal vasitəsilə ötürülməsi, eləcə də dvb-t2 rəqəmli televiziya sisteminin quruluşu və iş prinsipləri öyrənilir. tədris prosesində müasir radio və televiziya yayımı texnologiyalarının tətbiqi, beynəlxalq rabitə sistemlərinin fəaliyyət prinsipləri və yeni nəsil simsiz rabitə şəbəkələrinin xüsusiyyətləri tələbələrə mənimsədilir. müasir informasiya-kommunikasiya texnologiyalarının və rəqəmli yayım sistemlərinin sürətli inkişafı bu fənnin aktuallığını daha da artırır. bu baxımdan, fənnin tədrisi radiotexnika və telekommunikasiya mühəndisliyi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir.
Course learning outcomes
CLO 1: 1. beynəlxalq radiorabitənin əsas anlayışlarını, məqsədini və tətbiq sahələrini izah edir. 2. radiorabitə sistemlərinin quruluşunu və əsas komponentlərinin funksiyalarını müəyyən edir. 3. beynəlxalq radioəlaqədə istifadə olunan tezlik diapazonlarını və onların xüsusiyyətlərini fərqləndirir. 4. radiomübadilənin əsas qaydalarını və rabitə prosedurlarını tətbiq edir. 5. radioverici və radioqəbuledici qurğuların beynəlxalq rabitədə istifadəsini izah edir. 6. radiostansiyalar arasında rabitənin yaradılması və saxlanılması qaydalarını yerinə yetirir. 7. radioəlaqə zamanı istifadə olunan çağırış siqnallarını, kodları və rabitə terminlərini düzgün tətbiq edir. 8. radiorabitə kanalında yaranan maneələri və əlaqə keyfiyyətinə təsir edən amilləri müəyyən edir. 9. beynəlxalq radiorabitə zamanı radiointizam və rabitə protokollarına riayət edir. 10. radiorabitə avadanlıqlarından təhlükəsiz və səmərəli istifadə qaydalarını tətbiq edir.