Subject · Radio engineering and telecommunication engineering
Kommutasiya qurğuları və sistemləri
About this subject
Credits
8
Workload
85hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“kommutasiya sistemləri və qurğuları” fənni kommutasiya sistemlərinin qurulmasının fiziki əsaslarını, qurulma prinsiplərini, analoq və rəqəmsal kommutasiya sistemlərinin strukturunu, təşkili xüsusiyyətlərini və iş prinsiplərini əhatə edir. fənnin tədrisi tələbələrdə telekommunikasiya şəbəkələrinin kommutasiya texnologiyaları, çağırışların emalı, informasiya axınlarının idarə edilməsi və müasir rabitə xidmətlərinin təşkili sahəsində nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasına xidmət edir. müasir telekommunikasiya şəbəkələrinin sürətli inkişafı, yeni nəsil kommutasiya texnologiyalarının tətbiqi və rəqəmsallaşma prosesləri bu fənnin aktuallığını daha da artırır. fənn çərçivəsində ənənəvi və yeni nəsil kommutasiya sistemlərinin quruluşu, funksional imkanları, iş prinsipləri və tətbiq sahələri öyrənilir. bu biliklər məzunların müasir telekommunikasiya sistemlərinin layihələndirilməsi, istismarı və inkişafı sahəsində peşə fəaliyyətinə hazırlanmasına mühüm töhfə verir.
Course learning outcomes
CLO 1: 1. kommutasiya qurğularının və sistemlərinin təyinatını, quruluşunu və iş prinsipini izah edir. 2. kanal, paket və zaman kommutasiyası üsullarını müqayisə edir və onların tətbiq xüsusiyyətlərini müəyyənləşdirir. 3. kommutasiya sistemlərinin əsas elementlərini və funksional quruluşunu təhlil edir. 4. rəqəmli kommutasiya sistemlərində siqnalların ötürülməsi, idarə olunması və kommutasiya proseslərini izah edir. 5. kommutasiya qurğularının əsas texniki parametrlərini və istismar göstəricilərini müəyyən edir və qiymətləndirir. 6. telekommunikasiya şəbəkələrində trafik, ünvanlaşdırma və marşrutlaşdırma proseslərini təhlil edir. 7. kommutasiya qurğularında baş verən texniki nasazlıqları müəyyənləşdirir və diaqnostika üsullarını tətbiq edir. 8. müasir kommutasiya texnologiyalarının telekommunikasiya şəbəkələrində tətbiq imkanlarını qiymətləndirir. 9. kommutasiya sistemlərinin layihələndirilməsi və istismarı zamanı etibarlılıq, təhlükəsizlik və keyfiyyət tələblərini nəzərə alır. 10. verilmiş texniki tələblərə uyğun kommutasiya qurğularının seçimini və tətbiqini əsaslandırır.