Subject · Electrical and electronics engineering

Elektrik dövrələri nəzəriyyəsi - 2

İF-2197y 5 creditsSpring semesterMandatory

About this subject

Credits

5

Workload

150hours

Semester

Spring

Academic year

—

Description

İf-2197y şifrəli “elektrik dövrələri nəzəriyyəsi - 2” fənni 050608 şifrəli “energetika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın məcburi fənlərinə aiddir. “elektrik dövrələri nəzəriyyəsi - 2” fənni əsas təhsil proqramının baza hissəsinin tərkibinə daxildir. elektrik enerjisi sə¬na¬ye müəs¬sisələrində, ümumiyyətlə, insan həyatında və fəaliyyətində çox geniş i¬stifadə edilir. elektrik enerjisinin və energetikanın tətbiq sahəsi o qədər böyükdür ki, həyatı elektrotexnika nailiyyətlə¬rindən kənarda təsəvvür etmək mümkün deyil. bununla belə, insanın əhatə dairəsində və müxtəlif elektrotexniki avadanlıqlarında, qurğularda, elektrik dövrələri və maşınlarında baş verən elektromaqnit proseslərinin əsasları, qanunları və hesablama üsulları eynidir. elektrotexnikanın sürətlə inkişaf etdiyi dövrdə müxtəlif qurğuların elektrik və maqnit parametrlərinin hesablanması, istismar rejimlərində elektrik enerjisinin səmərəli istifadəsi, elektrik dövrələrini, avadanlıqlarını, maşınla¬rını və ölçü cihazlarını düzgün istismar etmək bacarığının öyrədilməsi yüksək ixtisaslı mütəxəssislə¬rin hazırlanması üçün vacıbdır. bu baxımdan “elektrik dövrələri nəzəriyyəsi - 2” kursu aktualdır, elmi - praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir və kursun hədəfi müəyyənləşir. “elektrik dövrələri nəzəriyyəsi - 2” fənninin “energetika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunmasında əsas məqsəd elektrik dövrələri, qurğu və cihazların düzgün seçilməsinə, etibarlı istifadəsinə, texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizlik tələblərinə uyğun istismarında sadə nasazlıqların müəyyən olunmasına dair fənn haqqında ətraflı məlumat, zəruri bilik və bacarıqlar verməkdən, əlverişli müasir metodlardan və kompüter qrafikasından istifadə edilməsindən, müasir ölçü cihazları və elektrik maşınlarının idarəetmə, mövcud elektrotexniki və elektron sistemləri - avtomatika qurğularının istismarı, yeni səmərəli elektrotexnologiyaların mənimsənilməsi üçün zəruri olan elektrotexnika sahəsində baza peşəkar hazırlığını təmin etməkdən ibarətdir.

Course learning outcomes

No learning outcomes have been added.