Subject · Electrical and electronics engineering
Dövrələr nəzəriyyəsi - 1
About this subject
Credits
6
Workload
180hours
Semester
Spring
Academic year
—
Description
İf-21100y şifrəli “dövrələr nəzəriyyəsi - 1” fənni 050634 şifrəli “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın məcburi fənlərinə aiddir. “dövrələr nəzəriyyəsi - 1” fənni əsas təhsil proqramının baza hissəsinin tərkibinə daxildir. elektrik enerjisi sə¬na¬ye müəs¬sisələrində, ümumiyyətlə, insan həyatında və fəaliyyətində çox geniş i¬stifadə edilir. elektrik enerjisinin və energetikanın tətbiq sahəsi o qədər böyükdür ki, həyatı elektrotexnika nailiyyətlə¬rindən kənarda təsəvvür etmək mümkün deyil. bununla belə, insanın əhatə dairəsində və müxtəlif elektrotexniki avadanlıqlarında, qurğularda, elektrik dövrələri və maşınlarında baş verən elektromaqnit proseslərinin əsasları, qanunları və hesablama üsulları eynidir. elektrotexnikanın sürətlə inkişaf etdiyi dövrdə müxtəlif qurğuların elektrik və maqnit parametrlərinin hesablanması, istismar rejimlərində elektrik enerjisinin səmərəli istifadəsi, elektrik dövrələrini, avadanlıqlarını, maşınla¬rını və ölçü cihazlarını düzgün istismar etmək bacarığının öyrədilməsi yüksək ixtisaslı mütəxəssislə¬rin hazırlanması üçün vacıbdır. bu baxımdan “dövrələr nəzəriyyəsi - 1” kursu aktualdır, elmi - praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir və kursun hədəfi müəyyənləşir. “dövrələr nəzəriyyəsi - 1” fənninin “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunmasında əsas məqsəd elektrik dövrələri, qurğu və cihazların düzgün seçilməsinə, etibarlı istifadəsinə, texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizlik tələblərinə uyğun istismarında sadə nasazlıqların müəyyən olunmasına dair fənn haqqında ətraflı məlumat, zəruri bilik və bacarıqlar verməkdən, əlverişli müasir metodlardan və kompüter qrafikasından istifadə edilməsindən, müasir ölçü cihazları və elektrik maşınlarının idarəetmə, mövcud elektrotexniki və elektron sistemləri - avtomatika qurğularının istismarı, yeni səmərəli elektrotexnologiyaların mənimsənilməsi üçün zəruri olan elektrotexnika sahəsində baza peşəkar hazırlığını təmin etməkdən ibarətdir.
Course learning outcomes
No learning outcomes have been added.