Subject · Electrical and electronics engineering

Elektrik dövrələri nəzəriyyəsi-2

İF-20310y7 creditsAutumn semesterCompulsory2026-2027

About the subject

Credits

7

Workload

210hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

Fənn qeyri-sinusoidal cərəyan dövrələrini, xətti dövrələrdə keçid proseslərinin klassik və operator üsulları ilə hesablanmasını, dördqütblüləri, paylanmış parametrli dövrələri (uzun xətləri), qeyri-xətti elektrik və maqnit dövrələrini, elektromaqnit sahəsinin əsaslarını öyrədir.

Course learning outcomes

  1. CLO 1: Üçfazalı elektrik dövrələrinin birfazalı dövrələrdən fərqini və üstünlüyünü, üçfazalı cərəyanın alınmasını, ulduz və üçbucaq birləşmələrini, iş rejimlərini, gücün hesablanması və ölçülməsini izah edir.

  2. CLO 2: Periodik qeyri-sinusoidal cərəyan dövrələrini, qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətlərini, gücünü və xarakterizə edən əmsalları təhlil edir, furye sırasını hesablamalarda tətbiq edir.

  3. CLO 3: Elektrik dövrələrində keçid proseslərinin yaranma səbəblərini, kommutasiya qanunlarını izah edir və müxtəlif dövrələrdə keçid proseslərini hesablayır.

  4. CLO 4: Dördqütblülərin və elektrik süzgəclərinin növlərini, tənliklərini, yüksüz işləmə, qısa qapanma və xarakteristik parametrlərini hesablayır, birləşmə növlərini seçir.

  5. CLO 5: Paylanmış parametrli dövrələrin toplu parametrli dövrələrdən fərqini, uzun xəttin diferensial tənliklərini, sinusoidal iş rejimini izah edir, birinci və ikinci parametrlərini hesablayır.

  6. CLO 6: Qeyri-xətti elektrik dövrə elementlərini, onların xarakteristikalarını izah edir və bu dövrələri hesablayır.