Subject · Electrical and electronics engineering

Elektrik və elektron texnikası materialları

İF-2161y6 creditsSpring semesterMandatory

About this subject

Credits

6

Workload

180hours

Semester

Spring

Academic year

—

Description

Fənnin hədəfi və məqsədi elektroenergetika obyektlərində (elektrik şəbəkələrində, elektrik stansiya və yarımstansiyalarında) və yüksək gərginlikli avadanlıqların, köməkçi avadanlıqların və rabitə sistemlərinin diaqnostikasının və monitorinqinin texnologiyasını öyrənməkdir. bununla yanaşı elektroenergetik sistemlərin operativ-dispetçer idarəetmə oblastında biliklərin əldə olunması və elektrik sistem və şəbəkələrinin elementlərinin texniki xidmət və təmirinin rasional proseslərində biliklərin əldə olunması; elektroenergetik sistemlərin əsas güc avadanlıqlarının vəziyyətinin texniki diaqnostika üsulları və vasitələri haqqında; istismar şəraitində elektrik avadanlıqlarının etibarlığının yüksəldilməsi üsulları və vasitələri haqqında, həmçinin, elektrik şəbəkəsinin tipik monitorinq sistemi və onun monitorinq parametrləri, elektrik yarımstansiyalarını monitorinq nəzarət və idarəetmə sistemi, kiçik generasiyalı obyektlərin məsafədən monitoring və idarəetmə sistemləri, enerji istehlakının monitorinq sistemləri, elektrik enerjisi itkilərinin monitorinq sistemi haqqında biliklərin əldə olunmasıdır. həmçinin istismar şəraitində elektrik izolyasiyasında baş verən fiziki proseslər haqqında biliklərin formalaşması, elektroenergetik avadanlıqların yüksək gərginlikli izolyasiyasının texniki vəziyyətinə nəzarət üsullarının öyrənilməsi də fənnin əsas məqsədlərindən biridir. fənnin vəzifəsi –təhsil alan tələbələri enerji sistemlərinin tikinti rekonstruksiya, işəsalma-sazlama və istismar prosesində elektrik stansiya, yarımstansiya və elektrik şəbəkələrinin yüksək gərginlikli avadanlıqlarının mövcud texnologiya və üsulları ilə tanış etməkdir –elektrik avadanlıqlarının diaqnostikası oblastında alçaq gərginlikli avadanlıqların, köməkçi avadanlıqların diaqnostika üsulları və vasitələri və normativ-texniki baza haqqında məlumat verməkdir –elektroenergetika obyektlərində diaqnostika işlərinin təmin olunması üçün qəti texniki qərar qəbul edilməsini və onun əsaslandırılmasının öyrənilməsidir –yüksək gərginlikli elektroenergetika avadanlıqlarının vəziyyətinin müəyyən olunması üçün elektroenergetika obyektlərinə diaqnostika üsullarının tətbiq edilməsinin öyrənilməsidir verilən fənnin mənimsənilməsi nəticəsində aşağıda göstərilən məqsədlərə nail olunur: –elektroenergetik avadanlıqların sınağının və onun hesablanmasının və analizinin aparma qabiliyyətinə və müasir avtomatlaşdırılmış diaqnostika sistemlərini istifadə etmək qabiliyyətinə malik olmalıdır –elektroenergetika və elektrotexnika avadanlıqlarının istismarı, montajı və sazlanması, xidmət servisi, diaqnostikası və monitorinqi sferasında yaradıcılıq qabiliyyətinə malik olmalıdırlar fənnin uğurla mənimsənilməsindən sonra tələbələr üçün mütləq lazımdır.

Course learning outcomes

No learning outcomes have been added.