General information
- Subject code
- if71905y
- Credits
- 6
- Student workload
- 1
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat - mühazirə b) 30 saat- seminar
- Out-of-class hours
- a) 40 saat – sərbəst iş b) 20 saat- layihə işi və ya məsləhət saatı
About the subject
Korporativ menecment-biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati strukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq şirkətin firmalararası və firmadaxili münasibətlərinin təşkilidir. i̇qtisadi qloballaşma proseslərinin dərinləşməsi bu sahənin də ardıcıl olaraq inkişafı və təkmilləşdirilməsini tələb edir. son dövrlərdə baş verən qlobal maliyyə-iqtisadi böhran həmin məsələlərə diqqətin daha da yüksəldilməsi zəruriliyini şərtləndirmişdir. müasir şəraitdə ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyasını, habelə qlobal iqtisadiyyatda baş verən böhranların milli təsərrüfata zərərli təsirlərinin azaldılmasını təmin edən tənzimləmə sistemi yaradılmalıdır. bu sistemdə isə korporativ strukturların səmərəli idarə edilməsi mühüm yer tutur. “korporativ idarəetmə” fənninin tədrisində əsas məqsəd tələbələrdə korporativ idarəetmə haqqında dünyagörüşü formalaşdırmaqdır. onlar korporativ strukturlar haqqında biliyin və onu anlamanın bu sahənin idarə edilməsinə necə təsir etdiyini öyrənirlər. korporativ menecment sahəsində sosial məsuliyyət və texnologiyada əsas sayılan məsələlərə xüsusi diqqət yetirilər ki, bu da onların iqtisadi və idarəçilik biliklərə yiyələnmək və gələcəkdə onlara işlədikləri sahədə səmərəli təsərrüfat qərarlarının qəbul edilməsində kömək edəcək başlıca alət rolunu oynayır.
Teaching methods
- lecture
- project-based learning
- interactive discussion
- problem-based learning
- teamwork
- seminar
- case study
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Ftn 1. korporativ idarəetmənin mahiyyətini, məqsədlərini, prinsiplərini və əsas modellərini izah edir. FTN 2. korporativ idarəetmə sistemində səhmdarların, direktorlar şurasının, icraedici orqanların və digər maraqlı tərəflərin rolunu və məsuliyyətlərini müəyyən edir. FTN 3. direktorlar şurasının fəaliyyətini, korporativ qərarların qəbul edilməsi mexanizmlərini və korporativ nəzarət alətlərini təhlil edir. FTN 4. korporativ idarəetmədə şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı və maraqlar toqquşmasının idarə olunması prinsiplərini tətbiq edir. FTN 5. korporativ risklərin idarə edilməsi, daxili nəzarət və audit mexanizmlərini qiymətləndirir və onların təşkilatın fəaliyyətinə təsirini müəyyən edir. FTN 6. müxtəlif korporativ idarəetmə problemlərini təhlil edir, onların həlli üçün əsaslandırılmış idarəetmə qərarları və təklifləri hazırlayır.
Topic plan
No topics have been added.
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |