Subject · Management

Menecment

İF-71904y7 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

7

Workload

1hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Təşkilatların uğurlu fəaliyyəti menecerlərdən uzaqgörənlik, adekvatlıq, analitik təhlil və düzgün ünsiyyətqurma bacarıqlarına malik olmağı vacib sayır. bu baxımdan mütəxəssislərin idarəetmə elminə yiyələnməsi müasir dövrün ən başlıca və zəruri tələbidir. menecment kursu tələbələrin bu istiqamətdə müəyyən nəzəri bilikləri qazanmaları üçün tərtib edilmişdir və tələbələri menecmentin əsasları, müasir idarəetmə metodları ilə tanış etmək, onlara mövcud vəziyyəti düzgün təhlil edərək anında qərar qəbul etmələrini, sahibkar kimi düşünməyin və hərəkət etməyin təşkilatın uğur qazanmasında rolunu başa düşməyə imkan yaratmaq məqsədi daşıyır. bu baxımdan sözügedən fənnin tədrisi aktualdır. kursun əsas məqsədi tələbələri həm daxili fəaliyyətləri ilə, həm də xarici mühitlə qarşılıqlı əlaqə baxımından işgüzar təşkilatların təhliletmə bacarıqlarını inkişaf etdirməyə kömək etməli olan müasir idarəetmə anlayışları ilə tanış etmək, menecment sahəsində nəzəri biliklərə və praktik bacarıqlara yiyələnməsinə nail olmaq və bununla da onların gələcək işgüzar fəaliyyətləri zamanı effektiv qərarlar qəbul etmələri üçün bünövrə yaratmaq, onlarda yaradıcı və idarəetmə düşüncələrinin düzgün inkişaf etdirilməsidir. tələbələr «iş»in müasir cəmiyyətdəki sosial münasibətlərdəki yerini anlamalıdırlar.

Course learning outcomes

  1. CLO 1: • ftn1: menecmentin mahiyyətini, əsas anlayışlarını, prinsiplərini, funksiyalarını və tarixi inkişaf mərhələlərini izah edir. • ftn2: təşkilati məqsədlərin müəyyənləşdirilməsi, planlaşdırma və strateji idarəetmə metodlarını konkret təşkilati situasiyalarda tətbiq edir. • ftn3: təşkilati struktur, əmək bölgüsü, səlahiyyətlərin bölüşdürülməsi və qərarqəbuletmə proseslərini təhlil edir. • ftn4: liderlik, motivasiya, kommunikasiya və komanda idarəçiliyi ilə bağlı idarəetmə situasiyalarını təhlil edir və qiymətləndirir. • ftn5: təşkilatın daxili və xarici mühitini və inkişaf imkanlarını müvafiq idarəetmə alətləri vasitəsilə qiymətləndirir. • ftn6: təşkilati problemlərin həlli üçün əsaslandırılmış idarəetmə strategiyası və fəaliyyət planı hazırlayır və təqdim edir.