Subject · Finance

Mühasibatda proqram təminatı

İFS-2707y5 creditsAutumn semesterMandatory2025-2026

About this subject

Credits

5

Workload

58hours

Semester

Autumn

Academic year

2025-2026

Description

Fənnin tədrisinin məqsədi – mühasibat uçotunun və maliyyə hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada, düzgün və avtomatlaşdırılmış formada aparılmasını təmin edir. bu proqramlar gündəlik tələb olunan kassa və bank əməliyyatları, əsas vəsaitlər, malmaterial, malgöndərənlərlə və alıcılarla hesablaşmaların uçotunun aparılması, əmək haqqı hesablamaları cədvəllərinin, mühasibat və maliyyə hesabatlarının və s. tərtib olunması üçün bütün zəruri funksiyalara malikdir. həmçinin həmin informasiyadan istifadə etməklə maliyyə hesabatını tərtib və təqdim etmənin qaydalarını tələbələrə öyrədir. kursun bütün mövzuları bir sistem şəklində mühasibat uçotunda aparılan əməliyyatların proqramlaşdırılmasına həsr edilmişdir. kursun strukturu və məzmunu elə planlaşdırılmışdır ki, tələbələr mühasibatda proqram təminatının ümumi əsaslarına yiyələnəcək, sonrakı tədris fənlərini öyrənərkən bu kurs daxilində qazandıqları bilik və bacarıqları daha da möhkəmləndirəcək, həmçinin müstəqil iş prosesində mühasibat uçotu proqramları haqqında təsəvvürlərini dərinləşdirə və genişləndirə biləcəklər. fənnin tədrisi qarşısında duran vəzifələr: • mühasibat uçotunun proqramlaşdırılmasının mahiyyəti, məqsədi və təyinatı haqqında tələbələrdə bilik formalaşdırmaq; • kassa və bank əməliyyatları, əsas vəsaitlər, mal-material, malgöndərənlərlə və alıcılarla hesablaşmaların uçotunun aparılması, əmək haqqı hesablamaları cədvəllərinin, mühasibat və maliyyə hesabatlarının və s. tərtib olunması üçün bütün zəruri funksiyaları öyrətmək; • i̇lkin məlumatların müxtəlif səviyyəli və təyinatlı registrlərdə qeydiyyatı və qruplaşdırılması nəticəsində alınan informasiyadan istifadə etməklə sınaq balansının hazırlanması və düzəlişlərin aparılması qaydalarını öyrətmək; • maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunvericilik bazasının təsbitlərinə uyğun maliyyə hesabatının hazırlanması və təqdim edilməsi qaydalarını tələbələrə izah etmək və öyrətmək.

Course learning outcomes

No learning outcomes have been added.