About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Kursun əsas məqsədi müəssisədə baş vermiş əməliyyatların ikili yazılış vasitəsi ilə qeyd olunması və onların qruplaşdırılaraq maliyyə hesabatları ilə təqdimat qaydalarını tələbələrə praktiki formada aşılamaqdan ibarətdir. eyni zamanda öyrənənlərə müəssisənin aktivləri və passivləri üzrə əməliyyatların uçotunun düzgün mənimsədilməsi nəzərdə tutulur. kursun tədrisi nəticəsində tələbələrdə müəssisələrdə dəyər axını ifadə edən maliyyə əməliyyatlarını jurnallarda qeydiyyatı, ikili yazılışların təqdim edilməsi, baş kitablarda əks etdirilməsi və maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklik haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanması və ilkin təhlili qabiliyyətlərinin formalaşması gözlənilir. tələbələrin hesablar vasitəsilə ikili yazılışların təqdim etmə bacarığının formalaşması, əməliyyatların düzgün müxabirləşmələrinin verilməsi, informasiya istifadəçilərinə zəruri informasiyaların təmin edilməsi üçün sərbəst şəkildə lazımi hesabatların tərtib edilməsi bacarıqlarının formalaşmasına analitik dəstək verir.
Course learning outcomes
CLO 1: Ftn1: maliyyə uçotunun nəzəri konsepsiyasını, ikili yazılış sistemini və baza mühasibat prinsiplərini izah edir
CLO 2: Ftn2: biznes əməliyyatlarını, ədv, debitor/kreditor borcları və müxtəlif aktivləri (ehtiyatlar, tta, qeyri-maddi aktivlər) uçota alır.
CLO 3: * ftn3: qiymətləndirilmiş öhdəliklər, avans ödənişlər, təxirə salınmış gəlirlər və dövr sonrası hadisələrin hesabatlarda tanınmasını təhlil edir.
CLO 4: Ftn4: maliyyə vəziyyəti bəyanatı (sfp), mənfəət/zərər hesabatı (spl), pul vəsitlərinin hərəkəti (mubs 7) və konsolidə edilmiş maliyyə hesabatlarını tərtib edir.






