About the subject
Credits
8
Workload
150hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənnin qısa məzmunu “firmanın iqtisadiyyatı” fənni firmanın iqtisadi sistemdə yeri və rolu, fəaliyyət prinsipləri, təşkilati formaları və rəqabət mühiti haqqında nəzəri və praktiki bilikləri əhatə edir. fənn çərçivəsində istehsal prosesi, əsas və dövriyyə fondları, insan resursları, əmək məhsuldarlığı, istehsal xərcləri və maya dəyəri, maliyyə resursları, qiymət və marketinq siyasəti, investisiya və innovasiya fəaliyyəti, eləcə də firmanın xarici iqtisadi fəaliyyəti öyrənilir. eyni zamanda, firmanın iqtisadi göstəricilərinin hesablanması, təhlili və fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinə dair praktiki yanaşmalar mənimsənilir. fənnin hədəfi fənnin hədəfi tələbələrdə firmanın fəaliyyətini iqtisadi baxımdan təhlil etmək, müvafiq iqtisadi hesablamalar aparmaq, fəaliyyət nəticələrini qiymətləndirmək, mövcud problemləri müəyyənləşdirmək və əsaslandırılmış idarəetmə qərarları qəbul etmək bacarıqlarını inkişaf etdirməkdir. bununla yanaşı, tələbələrin müstəqil və analitik düşünmə, iqtisadi prosesləri qiymətləndirmə və firma fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər hazırlama bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. fənnin məqsədləri “firmanın iqtisadiyyatı” fənninin məqsədi əsas iqtisadi və firma iqtisadiyyatı ilə bağlı məsələləri birlikdə nəzərdən keçirməklə firma iqtisadiyyatına dair biliklərin tələbələrə bütövlükdə çatdırılmasıdır. fənnin digər məqsədləri firmaların iqtisadi istiqamətini tədqiq etmək, digər elmlərlə olan əlaqəsini, o cümlədən, xərc, qiymət, mənfəət, məhsuldarlıq, rentabellik, likvidlik kimi əsas anlayışları öyrənmək, firma iqtisadiyyatı ilə əlaqəli və iqtisadi konsepsiyalar haqqında məlumata malik olmaq, müəssisə, sahibkarlıq və menecer anlayışlarını, firmanın məqsədlərini və növlərini tədqiq etməkdir.
Course learning outcomes
CLO 1: • FTN 1 firmanın iqtisadi mahiyyətini, iqtisadi sistemdə yerini və funksiyalarını izah edir, firmanın tədqiqat obyekti və predmeti ilə bağlı əsas anlayışları şərh edir.
CLO 2: • FTN 2 firma haqqında neoklassik və alternativ nəzəri yanaşmaları fərqləndirir, firma fəaliyyət modellərini müqayisə edir və onların tətbiq xüsusiyyətlərini təhlil edir.
CLO 3: • FTN 3 firmaları iqtisadi və təşkilati meyarlar üzrə təsnif edir, onların təşkilati-hüquqi formalarını və strukturunu müqayisə edir, firma strukturuna təsir edən amilləri müəyyənləşdirir.
CLO 4: • FTN 4 firmanın daxili və xarici mühit amillərini təhlil edir, müxtəlif bazar strukturlarında – xalis inhisar, oliqopoliya və inhisarçı rəqabət şəraitində firma davranışlarını müqayisə edir və rəqabət strategiyalarını qiymətləndirir.
CLO 5: • FTN 5 firmada istehsal prosesinin təşkili prinsiplərini və formalarını izah edir, istehsal tsiklini təhlil edir, istehsal gücünü müvafiq göstəricilər əsasında hesablayır və ondan istifadə səviyyəsini qiymətləndirir.
CLO 6: • FTN 6 firmanın əsas fondlarının tərkibini və strukturunu müəyyən edir, onların qiymətləndirilməsi, köhnəlməsi və amortizasiyası göstəricilərini hesablayır, əsas fondlardan istifadənin səmərəliliyini təhlil edir.
CLO 7: • FTN 7 firmanın dövriyyə fondları və dövriyyə vəsaitlərinin tərkibini və strukturunu izah edir, onların normalaşdırılması və istifadəsi göstəricilərini hesablayır, dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini qiymətləndirir.
CLO 8: • FTN 8 firmanın insan resurslarının tərkibini təhlil edir, əmək məhsuldarlığı və əmək haqqı göstəricilərini hesablayır, əmək resurslarından istifadənin səmərəliliyini və əmək məhsuldarlığının artırılması imkanlarını qiymətləndirir.
CLO 9: • FTN 9 i̇stehsal xərclərini iqtisadi əlamətlər üzrə təsnif edir, məhsulun maya dəyərini hesablayır, xərc strukturunu təhlil edir və xərclərin azaldılması üzrə alternativləri qiymətləndirir.
CLO 10: • FTN 10 firmanın idarəetmə prinsiplərini, funksiyalarını və metodlarını fərqləndirir, təşkilati idarəetmə strukturlarını təhlil edir və konkret firma şəraitinə uyğun idarəetmə yanaşmalarını əsaslandırır.
CLO 11: • FTN 11 firmanın maliyyə resurslarının formalaşması və istifadəsi istiqamətlərini təhlil edir, gəlir və mənfəət göstəricilərini hesablayır və firmanın maliyyə fəaliyyətinin nəticələrini qiymətləndirir.
CLO 12: • FTN 12 qiymətin funksiyalarını və növlərini fərqləndirir, qiymətqoyma metodlarını tətbiq edir, bazar şəraitinə uyğun qiymət siyasəti və qiymət strategiyalarını müqayisə edir və əsaslandırır.
CLO 13: • FTN 13 firmanın marketinq mühitini və marketinq fəaliyyətinin əsas alətlərini təhlil edir, rəqabətli mövqeləndirmə və internet marketinq imkanlarını qiymətləndirir, firma üçün uyğun marketinq yanaşmalarını əsaslandırır.
CLO 14: • FTN 14 i̇nvestisiyaları növlərinə görə təsnif edir, investisiya layihələrinin iqtisadi səmərəliliyini müvafiq metodlarla hesablayır və qiymətləndirir, investisiya qərarlarını əsaslandırır və biznes-planın əsas elementlərini formalaşdırır.
CLO 15: • FTN 15 i̇nnovasiya növlərini fərqləndirir, innovasiya fəaliyyətinin iqtisadi səmərəliliyini və məhsulun keyfiyyət göstəricilərini qiymətləndirir, məhsulun rəqabət qabiliyyətinə təsir edən amilləri təhlil edir.
CLO 16: • FTN 16 firmanın xarici iqtisadi fəaliyyətinin formalarını fərqləndirir, idxal-ixrac əməliyyatlarının iqtisadi xüsusiyyətlərini təhlil edir, xarici iqtisadi fəaliyyətin dövlət və gömrük tənzimlənməsi vasitələrini qiymətləndirir.






