Subject · Electronics, telecommunications and radio engineering

Simsiz rabitə texnologiyalarıTopics

MS4 creditsAutumn semesterElective2026-2027

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

15 topics
  1. 1. Simsiz rabitə texnologiyalarına giriş və inkişaf mərhələləri

    Lecture

    Simsiz rabitənin əsas anlayışları, iş prinsipləri, tətbiq sahələri və simsiz rabitə texnologiyalarının tarixi inkişaf mərhələləri araşdırılır.

  2. 2. Sönmə, çoxşüalı yayılma və doppler effekti

    Lecture

    Simsiz kanallarda siqnal sönməsi, çoxşüalı yayılma, zaman gecikməsi, doppler sürüşməsi və bu hadisələrin rabitə keyfiyyətinə təsiri öyrənilir.

  3. 3. Simsiz rabitə sistemlərinin arxitekturası və əsas elementləri

    Lecture

    Simsiz rabitə sistemlərinin ümumi arxitekturası, ötürücü və qəbuledici qurğular, baza stansiyaları, antenalar və digər əsas komponentlər öyrənilir.

  4. 4. Simsiz rabitədə modulyasiya və kodlaşdırma üsulları

    Lecture

    Simsiz rabitə sistemlərində istifadə olunan əsas analoq və rəqəmli modulyasiya üsulları, kanal kodlaşdırılması və səhvlərin aşkarlanması və düzəldilməsi prinsipləri araşdırılır.

  5. 5. Radioyayılma və simsiz rabitə kanallarının xüsusiyyətləri

    Lecture

    Radio siqnallarının müxtəlif mühitlərdə yayılması, əksolunma, sınma, difraksiya, səpilmə və simsiz rabitə kanallarının əsas xüsusiyyətləri araşdırılır.

  6. 6. Çoxsaylı giriş texnologiyaları: fdma, tdma, cdma, OFDM

    Lecture

    Radioresursların istifadəçilər arasında bölüşdürülməsi prinsipləri, fdma, tdma, CDMA və OFDM texnologiyalarının iş prinsipləri və fərqləri öyrənilir.

  7. 7. Ofdm texnologiyası və onun simsiz rabitədə tətbiqi

    Lecture

    Ofdm-in iş prinsipi, ortoqonal daşıyıcılar, altkanallar, qoruyucu interval və çoxşüalı yayılmanın təsirinin azaldılmasında ofdm-in rolu araşdırılır.

  8. 8. Bluetooth, zigbee və WPAN texnologiyaları

    Lecture

    Şəxsi simsiz şəbəkə (wpan) texnologiyaları, bluetooth və zigbee sistemlərinin arxitekturası, enerji sərfiyyatı, məlumat ötürmə xüsusiyyətləri və tətbiq sahələri öyrənilir.

  9. 9. Mimo texnologiyası və məkan müxtəlifliyi

    Lecture

    Mimo sistemlərinin əsas prinsipləri, çoxsaylı ötürücü və qəbuledici antenalar, məkan müxtəlifliyi, məkan multipleksləmə və kanal tutumunun artırılması imkanları öyrənilir.

  10. 10. Mobil rabitə sistemlərinin inkişafı: 1g–4g

    Lecture

    Mobil rabitə sistemlərinin nəsillər üzrə inkişafı, 1g-dən 4g-yə qədər əsas texnologiyalar, xidmətlər, sürət və şəbəkə arxitekturasındakı dəyişikliklər araşdırılır.

  11. 11. Simsiz lokal şəbəkələr: wi-fi və IEEE 802.11 ailəsi

    Lecture

    Simsiz lokal şəbəkələrin quruluşu, wi-fi texnologiyasının iş prinsipi, IEEE 802.11 standartlarının inkişafı və əsas xüsusiyyətləri araşdırılır.

  12. 12. Lte/lte-advanced texnologiyasının arxitekturası

    Lecture

    Lte və lte-advanced sistemlərinin arxitekturası, əsas şəbəkə elementləri, radio interfeys, ofdma, sc-fdma, MIMO və şəbəkə xidmətləri öyrənilir.

  13. 13. 5g texnologiyası və 5g şəbəkələrinin arxitekturası

    Lecture

    5g texnologiyasının əsas konsepsiyaları, şəbəkə arxitekturası, əsas xidmət ssenariləri, yüksək sürət, aşağı gecikmə və çoxsaylı cihazların qoşulması imkanları araşdırılır.

  14. 14. Simsiz şəbəkələrdə radioresursların idarə edilməsi və yekun layihə

    Lecture

    Simsiz şəbəkələrdə tezlik, zaman, güc və digər radioresursların səmərəli bölüşdürülməsi, şəbəkə performansının optimallaşdırılması və öyrənilən biliklər əsasında yekun layihənin hazırlanması həyata keçirilir.

  15. 15. 5g-də massive mimo, beamforming və millimetr dalğalar

    Lecture

    5g sistemlərində massive mimo, beamforming, şüanın istiqamətləndirilməsi və millimetr dalğa diapazonlarının tətbiqi, üstünlükləri və texniki məhdudiyyətləri öyrənilir.