About this subject
Credits
7
Workload
210hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“sanaye 4.0” fənninin tədris olunmasında məqsəd “sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrdə tədris olunmuş fənnlər üzrə əldə edilmiş bilikləri tətbiq etməklə sənaye müəssisələrinin dördüncü sənaye i̇nqilabı (dsi̇) tələblərinə uyğunlaşdırılması, dövlətin strateji sahəsi olan sənayenin gələcək inkişafını bu istiqamətdə planlaşdırılması bacarıqlarının formalaşdırılmasıdır. “sanaye 4.0” fənni dsi̇-nı, inkişaf tarixini, dördüncü sənaye i̇nqilabının səbəb olduğu dəyişiklikləri, meqatrendləri, texnoloji dəyişiliklərin səbəb olduğu dönüş nöqtələrini, kontekstual, emosional, mənəvi və fiziki zəkanı, yeni mədəni intibahı, dördüncü sənaye i̇nqilabının təsiri ilə təsnif olunan “dərin dəyişikliklər”i öyrədir.
Course learning outcomes
CLO 1: Ftn 1. dördüncü sənaye i̇nqilabının (dsi̇) mahiyyətini, tarixi inkişaf mərhələlərini, əsas konsepsiyalarını və müasir sənayedə tətbiq istiqamətlərini izah edir.
CLO 2: Ftn 2. dördüncü sənaye i̇nqilabının yaratdığı texnoloji dəyişiklikləri, meqatrendləri, imkanları, riskləri və təhdidləri təhlil edir.
CLO 3: Ftn 3. dördüncü sənaye i̇nqilabının sənaye müəssisələrinin fəaliyyətinə, istehsal proseslərinə və iqtisadi göstəricilərinə təsirini qiymətləndirir.
CLO 4: Ftn 4. dördüncü sənaye i̇nqilabının milli və qlobal iqtisadiyyata, cəmiyyətə və fərdlərə təsirlərini təhlil edir, yaranan sosial və iqtisadi dəyişiklikləri qiymətləndirir.
CLO 5: Ftn 5. sənaye müəssisələrinin dördüncü sənaye i̇nqilabının tələblərinə uyğunlaşdırılması və gələcək inkişafının planlaşdırılması üçün müasir texnologiyaların tətbiqi imkanlarını qiymətləndirir.