Subject · Mechanical engineering (bachelor)
Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi
About this subject
Credits
8
Workload
240hours
Semester
Spring
Academic year
2025-2026
Description
“maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi” fənni “maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, ixtisas-peşə hazırlığı fənləri qrupuna daxil olan mühüm seçmə fəndir. fənnin əsas məqsədi cəmiyyətin maddi-texniki bazasının formalaşmasında strateji rol oynayan maşınqayırma sənayesində mütərəqqi texnoloji proseslərin işlənməsi, maşın və onların hissələrinin istehsal keyfiyyətinin təmin edilməsi qanunauyğunluqları üzrə tələbələrə fundamental mühəndislik bilikləri verməkdir. tədris proqramı çərçivəsində maşın istehsalı və yığma proseslərinin layihələndirilməsi, detalların səthlərinin səciyyəvi emal üsulları və texnoloji layihələndirmənin avtomatlaşdırılması prinsipləri öyrədilir. eyni zamanda, müasir sənayenin tələbi olan rəqəmli proqramla i̇darəetmə (rpi̇) dəzgahlarında emal əməliyyatlarının qurulması və idarə edilməsi mexanizmləri geniş şəkildə nəzərdən keçirilir. bu fənnin mənimsənilməsi nəticəsində tələbələr texnoloji sistemlərin çıxış parametrlərini və etibarlılığını qiymətləndirməyi, keyfiyyətə təsir edən amilləri idarə etməyi və istehsalatın səmərəli təşkili üçün zəruri olan hesabatları aparmağı öyrənirlər. kurs gələcək bakalavrların mühəndislik analizi aparmaq, istehsalat proseslərinə düzgün göstərişlər vermək və maşınqayırma sahəsində rəhbər mütəxəssis kimi strateji qərarlar qəbul etmək səriştələrini formalaşdırır.
Course learning outcomes
CLO 1: Ftn 1: maşın hissələrinin birləşmələrini (hərəkətsiz sökülə bilən və sökülə bilməyən) təsnif edir və yığma texnoloji proseslərinin layihələndirilməsi prinsiplərini tətbiq edir.
CLO 2: Ftn 2: müxtəlif геометrik formalı hissələrin (silindrik, yastı, yiv, dişli çarx, işgil, şlis, fasonlu) və tipik detallar kompleksinin (vallar, oymaqlar, gövdələr, linglər) səciyyəvi mexaniki, elektrofiziki və elektrokimyəvi emal üsullarını seçir.
CLO 3: Ftn 3: rəqəmli proqramla i̇darə olunan (rpi̇/cnc) torna və frez dəzgahlarında emal əməliyyatlarını layihələndirir, sazlama iş rejimini müəyyənləşdirir və idarəetmə proqramlarını (g-kodlar, tsiklli/tsiklsiz proqramlaşdırma, SYM plus / PAL imitatorları) tərtib edir.
CLO 4: Ftn 4: texnoloji proseslərin və keçidlərin layihələndirilməsinin avtomatlaşdırılması metodlarını, tipik həlləri tətbiq edir və optimal kəsmə rejim göstəricilərini hesablayır.
CLO 5: Ftn 5: emal mərkəzləri və çevik i̇stehsal sistemlərində (çi̇s) pəstahların emal texnologiyalarını, eləcə də örtüklərin çəkilməsi proseslərini təhlil edərək müasir texnoloji sənədləşməni tərtib edir.