Subject · Instrumentation engineering (bachelor)

Cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləriTopics

İF-3332m6 creditsSpring semesterMandatory2025-2026

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

26 topics
  1. 1. Layihələndirmənin sistem analizi.

    Lecture

    Giriş. ümumi anlayış. layihələndirmə elminin formalaşması. layihələndirmə metodologiyası sahəsində tədqiqatların xülasəsi.sistemli yanaşmanın prinsipləri

  2. 2. Layihələndirmənin məqsədi. layihələn-dirmə obyektləri. layihələndirmə prosesi

    Lecture
  3. 3. Laboratoriya işi №1. als-nin təsnifatı, təyini, şərtləri və əsas anlayışları

    Laboratory

    Layihələndirmənin məqsədi verilmş texniki tələblərə, keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni obyektin, cihazın və ya sistemin yaradılması üçün lazımi sənədlər toplusunun (çertyojlar, hesablamalar, spesifikasiyalar) hazırlanmasından ibarətdir. layihələndirmə obyektlərinə ayrı-ayrı elektrik və mexaniki detallardan tutmuş mürəkkəb texnoloji avadanlıqlar, metroloji sistemlər və avtomatlaşdırılmış idarəetmə kompleksləri daxildir; layihələndirmə prosesi isə texniki tapşırığın tərtibindən başlayaraq eskiz, texniki və işçi layihələrin mərhələli şəkildə işlənilməsini əhatə edir.

  4. 4. Avtomatlaşdırılmış layihələndirmənin ümumi səciyyəsi:

    Lecture

    Als-nin əsas prinsipləri. als-nin təsnifatı. als-nin strukturu. als-nin layihələndirmə səviyyələri. als-nin layihələndirmə mər-hələləri. als-də layihə proseduraları.

  5. 5. Als-də modellər və onların parametrləri. avtomatlaşdırılmış layihələndirmənin ümumiləşdirilmiş alqoritmi. məmulun həyat tsikli. CALS texnologiyalarına giriş.

    Lecture

    Avtomatlaşdırılmış layihələndirmə sistemlərində (als) modellər obyektin fiziki, struktur və funksional xassələrini rəqəmsal formada ifadə edir, ümumiləşdirilmiş alqoritm isə məsələnin qoyuluşundan yekun sənədləşdirməyə qədər olan iterativ mərhələləri əhatə edir. məmulun həyat tsikli ideyadan utilizasiyaya qədərki bütün mərhələləri birleşdirir, CALS texnologiyaları isə bu proses boyunca vahid informasiya mühitində fasiləsiz rəqəmsal dəstək və inteqrasiya təmin edir.

  6. 6. Məmulun həyat tsikli. CALS texno-logiyalarına giriş

    Seminar

    Məmulun həyat tsikli ideniyanın formalaşmasından başlayaraq layihələndirmə, istehsal, istismar və utilizasiyaya qədər olan bütün mərhələlərin ardıcıl məcmuəsini ifadə edir. CALS texnologiyaları isə bu həyat tsiklinin hər bir mərhələsində məmulat haqqında rəqəmsal məlumatların vahid informasiya mühitində inteqrasiyasını və fasiləsiz idarə olunmasını təmin edir.

  7. 7. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin texniki təminatı:

    Lecture

    Texniki təminatın ümumi səciyyəsi. als-nin texniki təminatına qarşı tələblər. kompüterin arxitekturası və strukturu.

  8. 8. Kompüterlərin və hesablama sis-tem-lərinin növləri. fərdi kompüterlər i̇şçi stansiyalar. server və superkompüter arxitekturaları

    Seminar

    Kompüterlər və hesablama sistemləri hesablama gücünə, ölçüsünə və arxitekturasına görə fərdi kompüterlərdən tutmuş superkompüterlərə qədər müxtəlif siniflərə bölünür. fərdi kompüterlər və işçi stansiyalar lokalistifadəçi tapşırıqları və mühəndis layihələndirməsi üçün nəzərdə tutulduğu halda, server və superkompüter arxitekturaları böyük həcmli məlumatların paralel emalı və yüksək etibarlıq tələb edən şəbəkə xidmətlərini təmin edir.

  9. 9. Laboratoriya işi №2. .als-nin texniki təminatının strukturu

    Laboratory

    Als-nin texniki təminatı layihələndirmə prosesinin avtomatlaşdırılmasını təmin edən hesablama komplekslərindən, daxil-xaricetmə qurğularından, məlumat saxlanlama sistemlərindən və şəbəkə avadanlıqlarından ibarət aparat vasitələrinin məcmuəsidir. bu laboratoriya işində mühəndis məsələlərinin həlli üçün istifadə olunan işçi stansiyaların, serverlərin və periferiya qurğularının struktur təşkili, qarşılıqlı əlaqə prinsipləri və məhsuldarlıq xarakteristikaları tədqiq edilir.

  10. 10. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin riyazi təminatı:

    Lecture

    Riyazi təminatın ümumi səciyyəsi. layihələndirmə obyektinin morfoloji təsviri. layihələndirmə obyektinin funksional təsviri.

  11. 11. Qraf nəzəriyyəsinin əsas anlayışları

    Seminar

    Qraf nəzəriyyəsi obyektlər (təpələr) və onlar arasındakı əlaqələri (qabırğalar və ya qövslər) öyrənən riyaziyyatın və disret informatisiyanın mühüm bölməsidir. bu anlayışlar als-də mürəkkəb zəncirlərin, mühəndis şəbəkələrinin və alqoritmlərin topoloji modelləşdirilməsi üçün əsas konseptual baza rolunu oynayır.

  12. 12. Laboratoriya işi №3 layihələndirməyə sistemli yanaşma

    Laboratory

    Layihələndirməyə sistemli yanaşma mürəkkəb mühəndis obyekti və ya als-ni bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlər toplusu və vahid bütöv sistem kimi tədqiq edən metodologiyadır. bu laboratoriya işində sistemin struktur analizi, alt sistemlərin qarşılıqlı təsiri və layihə qərarlarının optimallaşdırılması prinsipləri praktiki olaraq mənimsənilir.

  13. 13. Həndəsi modellər və maşın qrafikası:

    Lecture

    Həndəsi modellərin növləri. kompüter qrafikasının metodları və alqoritmləri. həndəsi modellərin qurulması. səthi modellər.

  14. 14. Layihə qərarlarının sintezinin riyazi təminatı:

    Lecture

    Optimallaşma meyarları. müsaidələri nəzərə alan optimallaşma məsələləri. riyazi proqramlaşdırma üsullarının təsnifatı.

  15. 15. Avtomatlaşdırılmış layihələndirmə sisteminin təminatları:

    Lecture

    Ümumi proqram təminatları:metodiki, linqvistik (i̇darəedici linqvistik), informasiya, təşkilatı( CASE computer aided software engineering- (proqram təminatının avtomatlaşdırılmış layihələndirilməsi sistemlərinin növləri.) təminatlar dil prosessorları

  16. 16. Petri şəbəkələri. petri şəbəkələrinin analizi

    Seminar

    Petri şəbəkələri asinxron, paralel və paylanmış sistemlərin dinamik davranışını modelləşdirmək üçün mövqelərdən, keçidlərdən və nişanlardan ibarət riyazi-qrafik aparatdır. petri şəbəkələrinin analizi isə sistemin çatımlılıq, məhdudluq, canlılıq və dalana dirənmə kimi mühüm mühəndislik xassələrini təyin etməyə imkan verir.

  17. 17. İstehsal təyinatlı avtomatlaşdırılmış sistemlər :

    Lecture

    Erp sistemləri. logistik sis-temlər. texnoloji proseslərin avtomatlaş-dırılmış idarə sistemləri.

  18. 18. Cihaz təyinatlı als-lər. CAD sistemlərinin əsas funksiyaları. CAE sis-temlərinin əsas funksiyaları. CAM sistemlərinin əsas funksiyaları. prototipləşdirmə. qrafiki özək. cad/cam sistemlərinin strukturası

    Lecture

    Cihaz təyinatlı als-lər (cad/cae/cam) cihazqayırma sahəsində elektron və mexaniki blokların, mikrosxemlərin və dəqiq sistemlərin vahid rəqəmsal mühitdə layihələndirilməsini və istehsalını təmin edir. bu sistemlər qrafiki özək üzərində 3d geometric modelləşdirmə (cad), mühəndis analizi və simulyasiya (cae), ədədi idarəetmə proqramlarının hazırlanması (cam) və sürətli prototipləşdirmə funksiyalarını birləşdirərək məmulun yaradılma tsiklini tam avtomatlaşdırır.

  19. 19. Cihaz təyinatlı yüksək səviyyəli als-lər. maşınqayırma və cihazqayırma təyinatlı cad/cam/ cae/pdm sistemlərindən nümunələr

    Lecture
  20. 20. Əməliyyаt sistеmləri

    Seminar
  21. 21. Laboratoriya işi №5. cad/cam/cae sistemlərinin fuksiyaları

    Laboratory
  22. 22. Cals texnologiyaları :

    Lecture
  23. 23. Cals texnologiyaları :

    Lecture

    Əmulun həyat tsiklinin avtomatlaşdırılmış idarə sistemləri.

  24. 24. Cals texnologiyalarının təşəkkül mərhələləri. CALS konsepsiyasının strategiyası və məsələləri. CALS tex-nologiyasının baza prinsipləri.

    Lecture
  25. 25. Cals sistemləri, texnologiyaları və standartları

    Lecture

    Cals sistemləri və texnologiyaları məmulun bütün həyat tsikli boyunca rəqəmsal məlumatların vahid informasiya mühitində inteqrasiyasını və effektiv idarə olunmasını təmin edən konseptual çərçivədir. CALS standartları (step, idef, EXPRESS və s.) isə müxtəlif ALS (cad/cam/cae) proqramları və müəssisələr arasında məlumat mübadiləsini unifikasiya edərək fasiləsiz rəqəmsal dəstək yaradır.

  26. 26. Əməliyyаt sistеmləri

    Seminar

    Əməliyyat sistemləri kompüterin aparat resurslarını idarə edən və istifadəçi tətbiqlərinin icrası üçün rahat mühit yaradan əsas proqram təminatıdır. avtomatlaşdırılmış idarəetmə və layihələndirmə sistemlərində onlar proseslərin paralel icrasını, yaddaşın paylanmasını və şəbəkə qarşılıqlı təsirini təmin edən baza platforması rolunu oynayır.