Ümumi məlumat
- Fənn kodu
- MS-0108
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat- Mühazirə b) 15 saat-Seminar
- Auditoriyadan kənar saatlar
- 135 saat-sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- problem-based learning
- case study
- layihə əsaslı öyrənmə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Müasir mühəndis peşəsinin inkişaf meyillərini, karyera trayektoriyalarını və mühəndisin dəyişən peşəkar rolunu izah edir və fərdi inkişaf istiqamətlərini müəyyənləşdirir.
CLO 2: Mühəndislik fəaliyyətində özünüidarəetmə, effektiv kommunikasiya, komanda işi, liderlik, danışıqlar və münaqişələrin idarə edilməsi bacarıqlarını tətbiq edir.
CLO 3: Sistemli düşüncə, problem həlli, risk əsaslı qərarvermə və layihə idarəetmə yanaşmalarından istifadə etməklə mühəndislik məsələlərini təhlil edir və əsaslandırılmış qərarlar formalaşdırır.
CLO 4: Bul funksiyalarının və onların rəqəmsal sxemlərin və kriptoqrafik primitivlərin modelləşdirilməsində sadə tətbiqlərini bilməlidir.
CLO 5: Mühəndislik ideyasını innovasiya və praktik tətbiq baxımından qiymətləndirir, rəqəmsal mühəndislik və süni intellekt vasitələrindən məsuliyyətli istifadə etməklə həlli əsaslandırır və təqdim edir.
Mövzu planı
- 1.Mühəndis peşəsinin müasir inkişaf istiqamətləriMühazirə
- 2.Qlobal çağırışlar və onların mühəndis peşəsinə təsiriMühazirə
- 3.Mühəndis karyerasının müasir inkişaf meylləriMühazirə
- 4.Mühəndis etikası və peşə məsuliyyəti: etibarlı mühəndisliyin əsaslarıMühazirə
- 5.Mühəndislikdə sistemli düşüncə, problem həlli və qərarverməMühazirə
- 6.Mühəndisin özünüidarəetməsi və şəxsi effektivlikMühazirə
- 7.Mühəndislikdə effektiv kommunikasiya və təqdimat bacarıqlarıMühazirə
- 8.Mühəndislik komandalarında komanda işi və əməkdaşlıqMühazirə
- 9.Mühəndislikdə liderlik, danışıqlar və münaqişələrin idarə edilməsiMühazirə
- 10.Mühəndislik layihələrinin idarə edilməsinin əsaslarıMühazirə
- 11.Mühəndislikdə texniki yaradıcılıq və yaradıcı mühəndis düşüncəsiMühazirə
- 12.Texniki problemlərin yaradıcı həlli metodlarıMühazirə
- 13.İxtiraçılıq və texniki həllərin inkişaf etdirilməsiMühazirə
- 14.İnnovasiya və mühəndislik ideyasının reallaşdırılmasıMühazirə
- 15.Rəqəmsal mühəndislik və süni intellekt dövründə mühəndis fəaliyyətiMühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |