Ümumi məlumat
- Fənn kodu
- MS-0106
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat- mühazirə b) 15 saat seminar
- Auditoriyadan kənar saatlar
- 135 saat-sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problem-based learning
- layihə əsaslı öyrənmə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Mikromobillik və aktiv nəqliyyatın əsas anlayışlarını, nəqliyyat vasitələrini və onların şəhər nəqliyyat sistemində rolunu izah edir və fərqləndirir;
CLO 2: Piyada və velosiped infrastrukturu üçün əsas planlaşdırma və layihələndirmə prinsiplərini tətbiq edir və qiymətləndirir
CLO 3: Mikromobillik sistemlərinin ictimai nəqliyyatla inteqrasiyasını, parklanma və “first mile–last mile” həllərini təhlil edir;
CLO 4: GIS, sorğu və müşahidə məlumatlarından istifadə etməklə piyada və velosiped şəbəkələrinin əlçatanlığını və mikromobillik tələbatını qiymətləndirir;
CLO 5: GIS, sorğu və müşahidə məlumatlarından istifadə etməklə piyada və velosiped şəbəkələrinin əlçatanlığını və mikromobillik tələbatını qiymətləndirir;
CLO 6: Mikromobillik və aktiv nəqliyyat layihələrinin iqtisadi səmərəliliyini müəyyən edir və şəhər üçün uyğun inkişaf tədbirlərini əsaslandırır.
Mövzu planı
- 1.1 Şəhər mikromobilliyinə giriş və əsas anlayışlar. Mikromobillik, aktiv nəqliyyat və onların şəhər nəqliyyat sistemində rolu.Mühazirə
- 2.Aktiv nəqliyyat və dayanıqlı şəhər mobilliyi. Piyada və velosiped hərəkətinin şəhər mobilliyində əhəmiyyəti.Mühazirə
- 3.Mikromobillik nəqliyyat vasitələri. Velosiped, elektrik velosipedi, elektrik skuter və digər mikromobillik vasitələri.Mühazirə
- 4.Piyada infrastrukturu və onun əsas elementləri. Səkilər, piyada keçidləri, piyada zonaları və əlçatanlıq.Mühazirə
- 5.Velosiped infrastrukturunun planlaşdırılması. Velosiped yolları, velosiped zolaqları və velosiped şəbəkəsinin əsas prinsipləri.Mühazirə
- 6.Mikromobillik üçün küçə və yol məkanının təşkili. Yol kəsiyi, hərəkət zolaqları, piyada və velosiped məkanlarının bölüşdürülməsi.Mühazirə
- 7.Piyada və velosiped hərəkətində təhlükəsizlik. Yol-nəqliyyat hadisələri, konflikt nöqtələri və təhlükəsiz infrastrukturun təşkili.Mühazirə
- 8.Mikromobilliyin ictimai nəqliyyatla əlaqələndirilməsi. “First mile–last mile” yanaşması, dayanacaqlara çıxış və multimodal mobillik.Mühazirə
- 9.Mikromobillik sistemlərinin idarə edilməsi və parklanması. Velosiped və skuter parklanması, paylaşım sistemləri və şəhər məkanında yerləşdirilməsi.Mühazirə
- 10.GIS vasitəsilə piyada və velosipedMühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |