Ümumi məlumat
- Fənn kodu
- MS-0103
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat-Mühazirə b)15 saat-Seminar
- Auditoriyadan kənar saatlar
- 135 saat sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- layihə əsaslı öyrənmə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Şəhər logistikasının fundamental konsepsiyalarını, urbanizasiya prosesinin yük axınlarına təsirini və dayanıqlı mobillik prinsiplərini şərh edir.
CLO 2: Şəhərdaxili yükdaşımaların optimallaşdırılması üsullarını, mikrologistika mərkəzlərinin və şəhər konsolidasiya terminallarının (UCC) effektivliyini təhlil edir.
CLO 3: Şəhər logistikasında "Son mil" (Last-mile) çatdırılma strategiyalarını, innovativ paylama modellərini və alternativ nəqliyyat vasitələrinin tətbiqini qiymətləndirir.
CLO 4: Şəhər mühitində tıxacların, ekoloji çirklənmənin və səs-küyün azaldılması üçün logistik tənzimləmə siyasətlərini tətbiq edir.
Mövzu planı
- 1.Şəhər logistikasına giriş: Məqsəd, vəzifələr və əsas anlayışlar.Mühazirə
- 2.Şəhər logistika mühitində maraqlı tərəflər (Steykholderlər) və onların idarə edilməsi.Mühazirə
- 3.Şəhər yük terminalları və konsolidasiya mərkəzləri (UCC).Mühazirə
- 4.Şəhərdaxili təchizat zəncirində mikrologistika və distribusiya kanalları.Mühazirə
- 5."Son mil" (Last-mile) logistikası: Problemlər və effektiv idarəetmə metodları.Mühazirə
- 6.Şəhər daxilində yükdaşıma marşrutlarının optimallaşdırılması alqoritmləri.Mühazirə
- 7.Elektron ticarət və şəhər logistikasının transformasiyası: Paket terminalları (Kuryer xidmətləri).Mühazirə
- 8.Yaşıl Şəhər Logistikası: Elektrikli nəqliyyat, kuryer velosipedləri və alternativlər.Mühazirə
- 9.Şəhərdaxili parklanma və yükləmə-boşaltma zonalarının idarə edilməsi.Mühazirə
- 10.Tıxaclar, infrastruktur məhdudiyyətləri və logistik tənzimləmə mexanizmləri.Mühazirə
- 11.İntellektual Nəqliyyat Sistemlərinin (İNS) şəhər logistikasında tətbiqi.Mühazirə
- 12.Şəhər logistikasında rəqəmsallaşma: Big Data və IoT (Əşyaların İnterneti).Mühazirə
- 13.Tərs logistika (Reverse Logistics) və şəhər tullantılarının idarə olunması.Mühazirə
- 14.İnnovativ çatdırılma metodları: Dronlar və avtonom logistik robotlar.Mühazirə
- 15.Şəhər logistika layihələrinin effektivliyinin və dayanıqlılığının qiymətləndirilməsi.Mühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |