Fənn · Logistika və nəqliyyat texnologiyaları

Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyiSillabus

MS-01016 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0101
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə
Auditoriyadan kənar saatlar
a) 180 saat – sərbəst iş

Fənn haqqında

“Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi” fənninin əsas hədəfi magistratura səviyyəsində təhsil alan tələbələrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması barədə davamlı biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların aşılanmasından ibarətdir. “Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması barədə davamlı biliklərin formalaşdırılması ilə əlaqədar biliklərin verilməsi nəzərdə tutulur, nəzəri bilikləri və praktiki bacarıqların mənimsənilməsi üçün mövzuları təqdim edir və 90 kredit proqram üzrə təhsil alanlar üçün nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Müxtəlif nəqliyyat sistemlərində (hava, dəmir yolu, avtomobil) risk təhlilinin əsas anlayışlarını izah edə bilir;

  2. CLO 2: Nəqliyyatda riskli vəziyyətləri və təhlükələri müəyyənləşdirə bilir;

  3. CLO 3: Müəyyən edilmiş riskləri təhlil edib qiymətləndirmə bacarığına malik olur;

  4. CLO 4: Təsadüfi hadisələrin riskini minimuma endirmək üçün fəaliyyət planı hazırlaya bilir;

  5. CLO 5: Böhran vəziyyətində operativ və düzgün qərar qəbul edə bilir;

  6. CLO 6: Risklərin qarşısını almağa imkan verən müasir risk qiymətləndirmə üsullarını tətbiq edə bilir.

Mövzu planı

  1. 1.
    Risk anlayışı. Risklərin qiymətləndirilməsi prosesi. Nəqliyyat sektorundakı risklərin idarə edilməsi (Giriş).Risk anlayışı. Nəqliyyat sahəsində fəlakət risklərinin menecmentiMühazirə
  2. 2.
    Risk və dayanıqlılıq. Nəqliyyat infrastrukturunun sistemləri. Dayanıqlılığın müəyyən edilməsi. Davamlılıq prinsipləri. Effektiv idarəetmə. İnformasiya axını. Çeviklik.Mühazirə
  3. 3.
    Nəqliyyat sistemlərindəki dayanıqlıq və riskin qiymətləndirilməsi.Mühazirə
  4. 4.
    Nəqliyyatın planlaşdırılması. Qəza reaksiyası və risklərin azaldılması. Risk elementləri. Buraxıla bilən riskə nail olunması. Risklərin azaldılması Riskin ənənəvi analizinin problemləri. Dayanıqlılıq matrisinin inkişafıMühazirə
  5. 5.
    Böhran planlaşdırması Böhran planlama prosesi. Böhran hadisəlıri. Böhran qrupunun formalaşdırılması. Boşluğun təhlili. Strategiyaların yaradılması. Planların işlənməsi Məhsuldarlığın qiymətləndirilməsiMühazirə
  6. 6.
    Riskin qiymətləndirilməsi üsulları Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsi strukturu. Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsi prosesi. Risk müalicəsi Risk identifikasiyası. Risk qiymətləndirmə metodlarının seçiilməsi. Beyin fırtınası. Delphi texnikasıMühazirə
  7. 7.
    Risklərin analizi. Risk analizi metodları. Risklərin keyfiyyət analizi. Yarıkəmiyyət analizi. Axtarış metodları. Dəstək metodları. Ssenarinin analizi. Funksional analiz. Xəta (İmtina) ağacı analizi (FTA). Hadisə ağacı analizi (ETA). Səbəb-nəticə təhlili. Kəpənək qalstuk analiziMühazirə
  8. 8.
    Ağır və iri qabaritli yüklərin daşınmasında risklər Risk amilləri və riskin təsnifatı. Texniki risk. İqtisadi risk. Sosial risk Siyasi risk. Risklərin qiymətləndirilməsi və modelləşdirmə prosesi. İriqabaritli və ağır yüklərin daşınması prosesinin risk modelləşdirilməsi.Mühazirə
  9. 9.
    Təhlükəli yüklərin daşınması riski. Risklərin keyfiyyət analizi. Analitik modellər və simulyasiya, Təhlükəli yüklərin daşınması riski. Beynəlxalq qaydalar. Avropadakı qaydalar. Nəqliyyat risklərinin idarə olunması sistemi. Öhdəlilik. Mədəniyyət. Əməkdaşlıq. ÖncəlikMühazirə
  10. 10.
    Beynəlxalq ticarət və çatdırılmada risklər. Buraxılış həcmi. Konteynerin ölçüsü. Maddi şərait. Potensial nəticələr diapazonu. Marşrut üzrə həssas reseptorlar. Qəzalılıq səviyyəsi. İllik gedişlər. İxrac ehtimalı. Marşrutların xarakteristikaları. Meteroloji şəraitMühazirə
  11. 11.
    Dəniz nəqliyyatında risk və böhranların idarə olunması. Risk konsepsiyası. Qəzaların növləri anlayışı. Dəniz fəaliyyətində təhlükə və risklər. Gəmiçilik, balıqçılıq, sahilə yanaşma, dalmada təhlükələr. Təsadüfi hadisələr, növləri. Toqquşma, kontakt, təsir, daşqınlar. Korpusun və ya mexanizmlərin zədələnməsi. Yanğın və partlayış, Xarici təsirlər. Funksional nasazlıq. Naviqasiya çatışmazlıqlarıMühazirə
  12. 12.
    Dəniz nəqliyyatında riskin analizi. Hərəkət intensivliyinə əsaslanan modellər. Mümkün qəza situasiyaları. Statistik riski monitorinq metodlari. Eyni istiqamətli gəmilərlə toqquşma Baş başa toqquşma.Mühazirə
  13. 13.
    Yol hərəkətində risk və böhranların idarə olunması Risk faktorları və təsnifatı. Ağırçəkili və qabaritdənkənar yüklər üçün risk faktorları. Texniki risk. İqtisadi risk. Sosial risk. Siyasi risk. Şəhər yük daşımalarında risk faktorları. Şəhər yük daşımaları sahəsində risk faktorlarının seçilməsi. Riskin aradan qaldırılması üçün planın dəyişdirilməsi. Riskin onun idarəedilməsi üçün məsuliyyəti üzərinə götürən üçüncü şəxsə ötürülməsi. Yol hərəkətində təhlükəsizlik və risk. Yol hərəkətinin təhlükəsizliyinin risk indikatoru. Multimodal nəqliyyat riskləri-nin qiymətləndirilməsi.Mühazirə
  14. 14.
    Dəmiryol nəqliyyatında risk və böhranların idarə olunması. Dəmiryolu sistemləri üçün ümumi model. Riskin qiymətləndirilməsinın nəzəri əsasları. Dəçiryolu hadisələrinin ssenarisi istifadə olunmaqla təhlükələrin və risk analizinin identifikasiyası. Təhlükəli dəmiryolu materiallarının daşınmasında təhlükə- sizliyin yüksəldilməsi üçün riskin azaldılmasının kompleks əsası. Təhlükəli yüklərin daşınması risklərinin idarə olunması üçün qərarların qəbulunda çoxfaktorlu analiz. Dəmiryollarında nəqliyyat rosklərinin analizinin modeli. Riskin azaldılması strate-giyasının iqtisadi səmərəliliyi. Dəmiryolu sektorunda qlobal idarəetmə sistemi.Mühazirə
  15. 15.
    Hava nəqliyyatında risk və böhranların idarə olunması. Hava nəqliyyatı sisteminin risklərinin qiymətləndirilməsi. Hava nəqliyyatında əlverişsiz hadisələrin riskinin qiymət- lənsirilməsi. Risk hava nəqliyyartı sistemi üçün təhlükə tədbiri kimi. Aviadaşımalarda riskin proqnozlaşdırılması üçün “hadisə ağacından” istifadə olunması. Mülki aviasiyada riskin və təhlükəsizliyin qiymətləndirilməsi. Ölümlə nəticələnməyə səbəb olan faktorlar. Risk və təhlükəsizliyin qiymətləndiril- məsi metodologiyası.Mühazirə

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5