Fənn · Logistika və nəqliyyat texnologiyaları

Marşrutlaşma və GİSSillabus

MM-01026 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0102
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
b) 30 saat -seminar
Auditoriyadan kənar saatlar
150 saat -sərbəst iş

Tədris metodları

  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Şəhər marşrutlarının xarakteristikaları anlayışını izah edir.

  2. CLO 2: Avtobus marşrutunun açılması, bağlanması və dəyişdirilməsi qaydasını öyrənir.

  3. CLO 3: Marşrutda tələb olunan nəqliyyat vasitələrinin sayını təyin edə bilir.

  4. CLO 4: ArcGIS Pro proqramının nəzəri əsaslarını öyrənir.

  5. CLO 5: : ArcGIS Pro proqramında işləmə bacarığı formalaşır.

Mövzu planı

  1. 1.
    Şəhər marşrut şəbəkəsi. Şəhər marşrutlarının xarakteristikaları.Məşğələ
  2. 2.
    Avtobus marşrutunun açılması, bağlanması və dəyişdirilməsi qaydası. Marşrut sistemi üçün hərəkət tərkibinin seçilməsi.Məşğələ
  3. 3.
    Marşrutda tələb olunan nəqliyyat vasitələrinin sayının təyini. Hərəkət vaxtının normalaşdırılmasıMəşğələ
  4. 4.
    Coğrafi İnformasiya Sistemi. Giriş. Coğrafi terminlər. Məlumat modelləri. Vektor modeli. Raster modeli. Koordinat sistemləriMəşğələ
  5. 5.
    ArcGIS Pro-da ilk addımlar. “Yeni layihə” yaratmaq. Ölçü vahidlərinin təyin edilməsi. Yeni xəritənin yaradılması. Lent və panellər.Məşğələ
  6. 6.
    Şəklin coğrafi koordinatlarla əlaqələndirilməsi. Georeferensləşdirilməmiş təsvirin və ya hər hansı layın əlavə edilməsi. Georeferensləşdirilməmiş təsvir üçün koordinat sisteminin seçilməsi. Nəzarət nöqtələri ilə təsvirin georeferanslaşdırılmas. Nəzarət nöqtələri olmadan təsvirin georeferanslaşdırılması.Məşğələ
  7. 7.
    Vektor obyektlərinin yaradılması və redaktə edilməsi. Feature Class-ın (Shapefile-ların) yaradılması. Vektor laylarının (Shapefile-ların) redaktəsi. Nöqtələrin redaktəsi. Xətlərin redaktəsi. Poliqonların redaktəsi.Məşğələ
  8. 8.
    Cədvəllərin idarə edilməsi. Cədvəllərdə yeni sahələrin yaradılması. Cədvəl sahələrinə məlumatların daxil edilməsi. Sahənin, perimetrin və uzunluğun hesablanması. XY koordinatlarının hesablanması. Əməliyyatlar.Məşğələ
  9. 9.
    Xəritənin tərtibatı və nəşri. Nöqtə, xətt və çoxbucaqlı simbologiyası. Etiketlər. Sadə etiketlər. Birləşdirilmiş etiketlər. Xüsusi bir kateqoriyanın etiketləri. Xəritəyə 3D Effektinin verilməsi. Xəritənin ümumi quruluşuMəşğələ
  10. 10.
    Layout-un tərtib edilməsi. Başlıq. Xəritə sahəsi (Map Body). Koordinat toru (Graticules). Şimal istiqaməti göstəricisi (North Arrow). Yerləşmə xəritəsi (Location Map). Şərti işarələr (Legend). Ədədi miqyas (Numerical Scale). Qrafik miqyas (Graphic Scale)Məşğələ

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5