Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

İnnovasiya və texnoloji sahibkarlıq — Lean Canvas, Figma (prototip), Jira/TrelloSillabus

MS-09036 kreditPayız semestri2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-0903
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
—
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.
Auditoriyadan kənar saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.

Fənn haqqında

“İnnovasiya və texnoloji sahibkarlıq — Lean Canvas, Figma (prototip), Jira/Trello” fənni mühəndislik sahələrində yaranan elmi və texnoloji ideyaların innovativ həllərə, prototiplərə və tətbiq oluna bilən sahibkarlıq layihələrinə çevrilməsi prosesini öyrədir. Fənn çərçivəsində innovasiya və texnoloji sahibkarlığın əsas anlayışları, problem və innovasiya imkanının müəyyənləşdirilməsi, istifadəçi və müştəri ehtiyaclarının öyrənilməsi, dəyər təklifinin formalaşdırılması, Lean Startup və Lean Canvas yanaşmaları, texnoloji həllin həyata keçirilə bilməsinin qiymətləndirilməsi, MVP və prototipləşdirmə, Figma ilə rəqəmsal prototip hazırlanması, istifadəçi sınaqları, Agile layihə idarəetməsi, Jira/Trello vasitəsilə komanda işinin təşkili, maliyyələşdirmə, əqli mülkiyyət, risklərin idarə olunması və Pitch təqdimatı nəzərdən keçirilir. Fənn ekologiya, kimya, həyat fəaliyyətinin təhlükəsizliyi və su ehtiyatlarının idarəedilməsi mühəndisliyi sahələrində innovativ layihələrin hazırlanmasına praktik istiqamət verir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Ağıllı su itkisi aşkarlama sisteminin konsepsiyasının hazırlanması:Mühazirə

    Su təchizatı və ya suvarma şəbəkəsində itki problemini təhlil edin, sensor və məlumat analitikasına əsaslanan həll konsepsiyası, hədəf istifadəçi və ilkin dəyər təklifi hazırlayın.

  2. 2.
    Tullantı sularının təkrar istifadəsi üçün innovativ texnoloji həll:Mühazirə

    Seçilmiş istifadə sahəsi üçün tullantı suyunun təkrar istifadəsi problemini araşdırın, uyğun texnoloji həll, istifadəçi seqmenti və tətbiq imkanlarını əsaslandırın.

  3. 3.
    Sənaye müəssisəsində enerji itkilərinin rəqəmsal monitorinqi:Mühazirə

    Enerji itkisinin əsas mənbələrini müəyyən edin və real vaxt monitorinqi, sensorlar və xəbərdarlıq sistemi əsasında innovativ həll konsepsiyası hazırlayın.

  4. 4.
    İstehsalatda təhlükəli qazların erkən aşkarlanması sistemi:Mühazirə

    Riskli istehsalat mühitini seçin, mövcud problemi təhlil edin və simsiz sensor şəbəkəsi və xəbərdarlıq mexanizminə əsaslanan həll təklif edin.

  5. 5.
    Ağıllı suvarma sisteminin texnoloji və biznes modelinin hazırlanması:Mühazirə

    Suvarmada su itkiləri və qeyri- səmərəli istifadə problemini araşdırın, sensor və avtomatik idarəetmə əsasında həll və ilkin Lean Canvas hazırlayın.

  6. 6.
    Hava keyfiyyətinin aşağı qiymətli sensorlarla monitorinqi:Mühazirə

    Şəhər və ya sənaye ərazisi üçün hava keyfiyyəti monitorinq problemini müəyyən edin, sensor əsaslı sistem və onun tətbiq modelini formalaşdırın.

  7. 7.
    Tullantıların ağıllı çeşidlənməsi üçün innovativ həll:Mühazirə

    Məişət və ya sənaye tullantılarının çeşidlənməsi problemini təhlil edin, avtomatlaşdırma, sensor və ya rəqəmsal texnologiyalara əsaslanan həll təklif edin.

  8. 8.
    Fövqəladə hallar üçün mobil erkən xəbərdarlıq platforması:Mühazirə

    Daşqın, yanğın və ya digər təhlükə növünü seçin, istifadəçi ehtiyaclarını müəyyən edin və mobil xəbərdarlıq sisteminin funksional prototip konsepsiyasını hazırlayın.

  9. 9.
    İçməli su keyfiyyətinin real vaxt monitorinq sistemi:Mühazirə

    Əsas su keyfiyyəti parametrlərini müəyyən edin, sensor və dashboard əsaslı həll, hədəf istifadəçi və MVP funksiyalarını hazırlayın.

  10. 10.
    Kimya sənayesində tullantı istiliyinin bərpası üzrə innovativ layihə:Mühazirə

    Seçilmiş prosesdə istilik itkisinin mənbəyini təhlil edin, enerji bərpası üçün texnoloji həll və ilkin iqtisadi fayda modeli hazırlayın.

  11. 11.
    İstehsalatda işçi təhlükəsizliyi üçün wearable texnologiya konsepsiyası:Mühazirə

    Konkret peşə və risk mühiti seçin, geyilə bilən cihazın funksiyalarını, istifadəçi ehtiyaclarını və təhlükəsizlik dəyərini əsaslandırın.

  12. 12.
    Su ehtiyatlarının idarə olunması üçün rəqəmsal qərar dəstək sistemi:Mühazirə

    Su qıtlığı, su bölgüsü və ya suvarma planlaşdırılması problemini seçin, məlumat, GIS və analitik göstəricilər əsasında qərar dəstək sistemi konsepsiyası hazırlayın.

  13. 13.
    Sənaye prosesində membran texnologiyasının innovativ tətbiqi:Mühazirə

    Konkret ayırma və ya təmizləmə problemini seçin, membran əsaslı həllin texniki üstünlüklərini və bazar potensialını qiymətləndirin.

  14. 14.
    Dron əsaslı ekoloji və təhlükəsizlik monitorinq sistemi:Mühazirə

    Dronlardan istifadə üçün konkret problem seçin, monitorinq ssenarisi, istifadəçi qrupu, əsas texniki funksiyalar və riskləri müəyyən edin.

  15. 15.
    Ağıllı istixana üçün resurs səmərəliliyi sistemi:Mühazirə

    Su, enerji və mikroiqlim idarəetməsini birləşdirən texnoloji həll təklif edin, MVP funksiyalarını və ilkin Lean Canvas-ı hazırlayın.

  16. 16.
    Sənaye müəssisəsi üçün rəqəmsal ekoloji performans dashboard-u:Mühazirə

    Əsas ekoloji göstəriciləri seçin, məlumatların necə toplanacağını və dashboard-da necə təqdim ediləcəyini müəyyən edin, ilkin Figma prototipi hazırlayın.

  17. 17.
    Texnoloji startap üçün Lean Canvas və bazara çıxış strategiyasının hazırlanması:Mühazirə

    Komanda öz mühəndislik sahəsindən problem seçsin, Lean Canvas hazırlasın, Early Adopters və ilkin Go-to-Market yanaşmasını müəyyən etsin.

  18. 18.
    Mühəndislik innovasiyasının patent potensialının ilkin qiymətləndirilməsi:Mühazirə

    Konkret texnoloji həll seçin, yenilik, ixtira səviyyəsi və tətbiq imkanlarını ilkin qiymətləndirin, hansı əqli mülkiyyət formasının daha uyğun olduğunu əsaslandırın.

  19. 19.
    Texnoloji innovasiya layihəsi üçün risk xəritəsinin hazırlanması:Mühazirə

    Seçilmiş innovasiya layihəsi üzrə texnoloji, bazar, maliyyə və hüquqi riskləri müəyyən edin, ehtimal–təsir matrisi və risklərin azaldılması tədbirlərini hazırlayın.

  20. 20.
    Texnoloji innovasiya layihəsinin yekun Pitch Deck-i:Mühazirə

    Seçilmiş layihə üzrə problem, istifadəçi, dəyər təklifi, həll, prototip, bazar, biznes modeli, risk, icra planı və növbəti addımları birləşdirən Pitch Deck hazırlayın və təqdim edin.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5