Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Antiböhran halların idarə edilməsi, qəzaların aradan qaldırılması və biznesin fasiləsizliyiSillabus

MM-09106 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0910
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.
Auditoriyadan kənar saatlar
a) 45 saat – sərbəst iş b) 90 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

“Antiböhran halların idarə edilməsi, qəzaların aradan qaldırılması və biznesin fasiləsizliyi” fənni sosial-iqtisadi sistemlərdə və müəssisələrdə böhranların yaranma səbəbləri, inkişaf xüsusiyyətləri və onların idarə olunmasının nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində antiböhranlı idarəetmənin strategiya və taktikası, idarəetmə texnologiyaları, təşkilati dəyişikliklər, risklərin idarə olunması, investisiya siyasəti, sağlamlaşdırma tədbirləri, insan kapitalı, münaqişələrin idarə olunması, korporativ mədəniyyət, sosial tərəfdaşlıq və böhran vəziyyətlərinin dövlət tənzimlənməsi məsələləri öyrənilir. Eyni zamanda böhran və qəza şəraitində idarəetmə qərarlarının qəbul edilməsi, təşkilati dayanıqlığın qorunması, fəaliyyətin bərpası və biznesin fasiləsizliyinin təmin olunmasına dair müasir yanaşmalar nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Böhran vəziyyətlərində biznesin fasiləsizliyi strategiyaları:Mühazirə

    seçilmiş bir şirkətin (real və ya beynəlxalq nümunə) böhran planını araşdırıb təhlil ediləcək.

  2. 2.
    Antiböhranlı idarəetmədə risklərin identifikasiyası və qiymətləndirilməsi:Mühazirə

    bir müəssisə nümunəsi götürüb risklərin xəritəsini (risk map) tərtib ediləcək.

  3. 3.
    Qəzaların aradan qaldırılması üzrə beynəlxalq təcrübələrin müqayisəsi:Mühazirə

    ABŞ, Türkiyə və ya Avropa təcrübələrindən nümunələr seçib Azərbaycan kontekstində müqayisə aparılacaq.

  4. 4.
    Biznesin fasiləsizliyində informasiya texnologiyalarının roluMühazirə

    rəqəmsal texnologiyaların (AI, Big Data, cloud) böhran idarəetməsinə təsirini göstəriləcək.

  5. 5.
    Korporativ mədəniyyətin antiböhran idarəetmədə rolu:Mühazirə

    seçilmiş bir şirkətin korporativ davranış kodeksini böhran şəraitində təhlil ediləcək.

  6. 6.
    İqlim dəyişiklikləri fonunda antiböhran idarəetmə tədbirləri:Mühazirə

    son 10 ildə baş verən təbii fəlakətlərdən birini seçərək idarəetmə tədbirlərini qiymətləndiriləcək.

  7. 7.
    Münaqişələrin antiböhranlı idarəetmədə həlli yolları:Mühazirə

    təşkilati münaqişə nümunəsini götürüb onun həlli üçün addım-addım plan işləniləcək.

  8. 8.
    Sanasiya və sağlamlaşdırma proqramlarının səmərəliliyinin qiymətləndirilməsi:Mühazirə

    seçilmiş bir müəssisənin sanasiya tədbirlərini təhlil edib nəticələrini təqdim ediləcək.

  9. 9.
    Antiböhran idarəetmədə liderlik və qərar qəbuletmə modelləri:Mühazirə

    böhran şəraitində istifadə olunan liderlik tərzlərini (transformasion, avtoritar, demokratik) müqayisə ediləcək.

  10. 10.
    Dövlətin böhran vəziyyətlərinin tənzimlənməsində rolu və beynəlxalq standartlar:Mühazirə

    Azərbaycan qanunvericiliyini BMT və ya Aİ standartları ilə müqayisə ediləcək.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5