Magistr proqramı
Həyat fəaliyyətinin təhlükəsizliyiTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-56309
Fövqəladə hallarla bağlı mövcud risklərin təhlili və qiymətləndirilməsi üzrə müasir metod və yanaşmaları tətbiq edir, öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirir və təhlükəsizlik sahəsində innovativ həlləri fəaliyyətində tətbiq edir.
PLO 2PLO-60897
Kompüter texnologiyaları, SCADA, GIS, simulyasiya proqramları və digər rəqəmsal alətlərdən istifadə etməklə fövqəladə halların idarə olunması, layihələndirilməsi, monitorinqi və qərarvermə proseslərini səmərəli həyata keçirir.
PLO 3PLO-49282
Texnogen və təbii fövqəladə halların ətraf mühitə, əhaliyə və infrastruktura təsirini müasir mühəndislik və riyazi modelləşdirmə üsullarından istifadə etməklə qiymətləndirir, nəticələri təhlil edir və elmi əsaslandırılmış qərarlar qəbul edir.
PLO 4PLO-18954
Fövqəladə halların monitorinqi, proqnozlaşdırılması və operativ idarə olunması məqsədilə peyk texnologiyaları, pilotsuz uçuş aparatları (PUA), sensor sistemləri və digər müasir rəqəmsal texnologiyalardan istifadə edərək vəziyyəti qiymətləndirir və effektiv qərarlar qəbul edir.
PLO 5PLO-40674
5. Nəqliyyat, sənaye, energetika və digər təsərrüfat sahələrində fövqəladə hallar üzrə riskləri kompleks şəkildə qiymətləndirir, qabaqlayıcı tədbirlər hazırlayır və ətraf mühitin mühafizəsi ilə təhlükəsizlik tələblərini təmin edən müasir mühəndislik həllərini tətbiq edir.
PLO 6PLO-15876
6. Fövqəladə hallara hazırlıq və cavabvermə üzrə əməliyyat planlarının, təlimatların və mühəndislik tədbirlərinin hazırlanmasında iştirak edir, təlim və məşqləri təşkil edir, resursların səmərəli idarə olunmasını və fövqəladə halların effektiv koordinasiyasını təmin edir.